"Dünya Rəssamlığı" incəsənət klubunun rəsmi blogu

İncəsənət bizim – bir neçə gəncin ideallarını birləşdirən ümdə dəyərdir. Öyrənib bildiklərimizi, eşidib gördüklərimizi, təcrübədən keçirdiklərimizi və ən nəhayət, ilham aldıqlarımızı sizinlə bölüşmək üçün burdayıq.


Bir şərh yazın

Uzunburun rus qızına vurulan dəli rəssamın sirli eşq nağılı (Salvador Dali və Qala)

dali-3

Parisi gəzib-incələdikdən sonra məmləkəti İspaniyaya dönən Dali, burada oxuduğu universitetdən qovulunca, yenidən sənətin paytaxtına – Parisə döndü və burada Paulu, onun arvadı Qalanı tanıdı. Ancaq heç kim inana bilməzdi ki, bu sərsəm dahi nə nə vaxtsa aşiq ola bilər. Di gəl, qadınlığını mücəvhər kimi istifadə eləməyi çox gözəl bacaran rus gözəlçəsi də az aşın duzu deyildi. Bu qadın sadəcə kürəyi ilə bəlkə də dünyaya gəlmiş-getmiş ən şizofren, ən bilgin adamı özünə aşiq elədi. Və beləcə, bir az uçuq, bir az fantastik, ancaq fövqəladə bir eşq macərası başladı… Dali – Qala eşqi..

Dali and his wife

İki dəlinin tutqusu
Salvador Dali həyatının sonunadək sadiq qalacağı sevgilisiylə Parisdə həmkarı Paul Eluardın evində rastlaşmışdı. O zamanlar sürrealist axımın öncüllərindən olan bu iki “dəli” həmin ana qədər bir-birilərini qiyabi tanıyırdılar. Dali dostunun arvadına elə ilk baxışdan aşiq oldu. Alışılmış bir şey var ki, bu kimi durumlarda adətən kişi ya cavabsız eşqi ilə kifayətlənməli, ya da münasibətini bəlli bir sürədə gizli sürdürüb, bitirməli olur. Ancaq bu insan gerçəküstü biridirsə, hər şeyin baş-ayaq olması caizdir. Beləcə, Dalinin Qalaya duyduğu eşq cavabsız qalmadı. Rus xatun rəssama elə tutquyla bağlandı ki, evli olduğunu belə unudaraq, Salvadorla bir evdə yaşamağa başladı. Onlar tam beş il boyunca kələ-kötürsüz deyilə biləcək sevgili həyatı yaşadıqdan sonra dövlət nikahı ilə evləndilər. Və Dali həyatındakı bir çox qeyri-adiliklərə rəğmən ən qatı xristian məzhəbi olan katolikliyi seçərək, Figueres təpəsindəki bir kilsədə katolik toyu ilə həyatını sonadək Qalaya bağladığını bəyan elədi. Görəsən, hər addımı performans kimi dəyərləndirilən Dali üçün bu evlilik hansı mənanı kəsb eləyirdi? Bu sualın cavabını araşdırınca ortaya qəribə rəvayətlər çıxır. Məsələn, deyilir ki, notariat sahibi olan zəngin atası Salvadoru aktiv bir seks həyatından, ən çox da o dönəmlərdə yayılan sifilis xəstəliyindən qorumaq üçün evin müxtəlif yerlərinə seksual yolla keçən xəstəliklərlə bağlı dərgilər qoyarmış ki, oğlu seksdən hürksün, beləcə dolayısıyla da xəstəliklərdən uzaq olsun. Bu səbəbdən də gənclyindən Dali çox passiv seks həyatı yaşayan biri olmuşdu. Qala isə əksinə, geninin də verdiyi həvəslə cinsəl yaşantısı olduqca aktiv olan bir qadınmış. Bu durumu nəzərə alsaq, Dalinin Qalaya olan mərəzli tutqusunun səbəbini də anlamış olarıq. Dürüst olmaq gərəkirsə, mərəzli zənn edilən bu eşqə həm heyrətlənənlər, həm də qısqananlar çox olub. Zarafat deyildi, qosqoca Dali bir qadın üçün nəinki özündən, hətta ömrünün son dəmlərində özündən daha çox sevdiyi sənətindən belə vaz keçmişdi. Dali Qalanı o qədər sevirdi ki, ona Pubolda XIV əsrdən qalma bir qəsr hədiyyə etmək istəyəndə qadının çox qeyri-adi görünən şərtini belə qəbul etmişdi. Qala rəssama deyir ki, qəsri bir şərtlə ondan qəbul edər: əvvəlcədən görüş almadan onun yanına gəlməsin. Salvador bununla belə razılaşır. Babalı deyənlərin boynuna, guya həddən ziyadə müstəqil yaşayan Qala düz 74 yaşına qədər bu qəsrdə müxtəlif kişilərlə eşq macərası yaşayıb. Heç bir yaradıcılığı olmamasına rəğmən incə sənət anlayışı, fikirləri və zəkasıyla yaşadığı dönəmin ən çəkici qadınlarından biri olmuş Qalanı görəsən Salvadora bu qədər sevdirən nə olmuşdu? Narahat ruh və anormal zəkaya sahib olan Dali kimi bir sənətkarın özündən 10 yaş böyük bir qadınla, üstəlik də dostunun arvadı ilə bu qədər qızğın və kor məhəbbət yaşaması nəylə bağlı ola bilərdi? Bəlkə də hər kəs bu münasibətin səbəbini öz təxəyyülüncə şərh edəcək. Onun üçün öncə Dalinin, sonrasa Qalanın həyatına balaca ayna tutmaq lazımdı.

dali gala 4

Ölü və diri Salvador… 
11 may 1904-cü ildə İspaniyanın Figueras kəndində doğulan Salvadora üç il öncə xəstəlikdən ölən qardaşının adını vermişdilər. Özü də bəxtə bax ki, yaşayan Salvadorla ölü Salvador arasında böyük bənzərliklər varmış. Bu səbəbdən də ailəsi Dalini elə hey ölən oğulları Salvador kimi görürdülər. Dali isə bu münasibətdən bezmişdi və hər fürsət düşdükcə “mən o deyiləm, mən fərqliyəm” deyirdi. 1973-cü ildə o belə yazacaqdı: “Doğular-doğulmaz bir ölünün ayaq izlərindən yeriməyə başladım. Məni sevərkən, hələ də onu sevirdilər, əslində. Bəlkə də məndən çox onu… Atamın sevgisinin bu sərhədləri yaşamımın ilk günlərindən etibarən çox böyük bir yara oldu mənim üçün. Mənə qoyduqları ad ölmüş qardaşımın adıydı…”
16 yaşına çatanda isə o, həyatda ən çox sevdiyi insanı – anasını itirir. Bu itki Salvadora olduqca pis təsir edir. Hələ üstəlik atası arvadının bacısıyla evlənərək Dalinin xalasından ona “ögey ana” “düzəldir”. Bu, əlbəttə, 16 yaşlı gənc üçün qəbul edilməsi olduqca çətin durumdur, ancaq Salvador bu evliliyi anlayışla qarşılayır. Ya da sadəcə özünü elə göstərir…

Həyatı müxtəlif narahatlıqlar, xəyal qırıqlığı, uğurlar və ehtiraslarla keçən Salvador Dalinin yaşamındakı dönüş nöqtəsi isə uşaqlıq vaxtlarından bəri xəyalında canlandırıb adını “Qalıçka” qoyduğu, “Ampurdanlı qız” rəsminə qəhrəman elədiyi qadının ətə-qana dolmuş nümunəsini – Yelena Dyakonovanı – Qalanı tanımağı olmuşdu.
Rafael üçün “La Fornarina” nə idisə, Dali üçün də Qala o idi. Dali bu qadını həyatının elə bir yerinə oturtdu ki, ondan nə bir addım irəli gedə, nə də bir addım geriyə qala bilmədi. Çünki Qala artıq onun sevgilisi, dostu, ilham pərisi, həyat yoldaşı, ən önəmlisi itirdiyi anası olmuşdu…

m_251700198_0

 

Eybəcər və gözəl Qala
Şanına rəsmlər, şeirlər həsr olunan Qala şəkillərdən görünən qədəriylə heç də fövqəladə gözəlliyə malik biri deyilmiş. Həddən ziyadə uzun burnu, nazik dodaqları, çuxura düşmüş kiçik gözləri onu hansısa naməlum quşa bənzədirmiş. Ancaq şeytan tükü deyilən o sehri vardı qadının. Bəlkə də özünəxas tərzi və bir kişini rahatca çəkib-çevirəcək ağırlıqda ağlı, zəkası, tutumu idi onu çəkici eləyən. Rus araşdırmaçıları yazırlar ki, o, varlığı ilə istisna təşkil eləyən qadınlardanmış. İlk dəfə Parisə gələn Yelena Dyakonova burada “Qala” olmağa başlamış, birinci ərinin vasitəsiylə ədəbi çevrəylə tanış olmuşdu. Aradan bir neçə il keçdikdən sonra şəxsi köşkü, qiymətli zinət əşyaları, dəbdəbəli yaşamı ilə Paris xanımlarının qısqanclıq obyektinə çevrilmişdi. Hətta gündəliyində “mən bir fahişə kimi həmişə parlayacağam. Hər zaman ətir qoxuyacam və əllərim baxımlı, dırnaqlarım manikürlü olacaq” yazacaq qədər çılpaq cəsarət sahibi olan Qala həqiqətən hər hərəkətini sensasiyaya çevirməyi bacarmışdı. Şaneldən eleqant geyimlər, cəmiyyət içində özünü apara bilmək bacarığı, ələlxüsus kişilərə ünvanlanan cilvəli baxışlar onu Parisin ən çox adı hallanan qadını eləmişdi. Bu gözəlçə 1895-ci ildə Rusiyanın Kazan əyalətində anadan olmuşdu. Atasını erkən yaşda itirdikdən sonra ailəsiylə birlikdə Moskvaya köçmüş, burada gimnaziyada oxumuşdu.
1912-ci ildə əziyyət çəkdiyi vərəmdən müalicə olunmaq üçün İsveçrəyə göndərilən 17 yaşlı qız burada qaldığı sanatoriyada fransız gənc şair Paul Eluardla tanış olur. Yelenanın sanatoriyada qaldığı iki il boyunca gənc şair onun yanından ayrılmır. Müalicəsini bitirib Moskvaya dönən Qala burada özünə yer tapa bilmir və az müddət sonra yenidən Fransaya gedərək şairlə evlənir, evlilikdə bir qızları olur. O, əvvəllər elə də pis evdar xanımlıq, analıq eləmirdi, ta ki Dali qarşısına çıxana qədər. Üzüyuxarı burulmuş əcaib bığları, hədəqəsindən fırlayan domba gözləri, vahiməli geyim tərzi olan bu “dəli” adam Qalanı nəinki ərini, hətta qızını belə arxasında buraxıb getməsinə səbəb olur.

Salvador dali e elena diakonov 'curandeira de todos os terrores'

 

Dəlinin ilham pərisi
Qalanın eşqi Salvador Dalinin yaradıcılığına çox böyük təsir göstərdi. Qalayla evli olduğu dönəmdə rəssam öncəkindən daha çox çalışır və onu dünyaya tanıdan əsərlərini ərsəyə gətirir. Çünki artıq Dalinin həyatında möcüzəvi qadın nəfəsi vardı və bu qadın hər anlamda onu yönləndirirdi. Zarafat deyildi, hələ münasibətlərinin ilk vaxtlarında Daliyə “yaxınlarda mənim görmək istədiyim şəkildə olacaqsınız, mənim oğlum” demişdi Qala. Onlar bir-birilərinə o qədər bağlıydılar ki, hətta Dalinin cinsəl məsələlərə münasibəti belə bu bağlılığı qopara bilmir. Belə ki, uşaqlığından bəri ölən qardaşının əvəzinə sevildiyi üçün kiməsə toxunmağı və kimsənin ona toxunmağını sevməyən Daliyə bu şakərini Qala da tərgitdirə bilmir. Elə bu səbəbdən də Qalanın keçmiş əri ilə münasibətlərini bir şəkildə davam etdirdiyi barəsində kifayət qədər faktlar var.
Bu qəribə eşq 1982-ci ildə Dalinin ilham pərisinin – Qalanın ölməsi ilə başa çatdı. Bu ölümdən sonra Dali tamamən həyatdan küsdü. Arvadının öldüyü və dəfn olunduğu Pubol qəsrinə köçərək orada inzivaya çəkildi. Həyatının sonlarına yaxın isə rəssam, Salvador Dali Teatr və Muzeyində yaşadı, 1989-cu ildə isə ürək tutmasından vəfat etdi. Vəsiyyətinə uyğun olaraq o, özünün adını daşıyan muzeyin zirzəmisindəcə dəfn olunur.
…Bəli, onları bir-birinə bu cür güclü bağlayan nə gözəllik, nə var-dövlət, nə də cinsəl istək də deyilmiş. Bəs nəymiş?!
…Deyirlər ki, Pubol Qəsrində Dalinin sürrealist cizgilərlə işlədiyi “Məryəm Ana” portreti var. Burada Qala ilə Salvador Dalinin uşaqlığı da həkk olunub. Məryəm ananın sifəti Qalanın, onun qucağındakı kiçik İsanın sifəti isə Salvadorun üzüdür… Bəlkə də sirr elə buradadır…

 

Aysel Əli.


Bir şərh yazın

Salvador Dali – Heykəllər

Quşabənzər insan

Quşabənzər insan

Dali uyğun olmuyanı uyğunlaşdırır. O, insan fiquruna vağın başın əlavə edir, beləliklə insanı yarı quşa və yaxud quşu yarıinsana çevirir. Çalışın təyin edəsiz burda quş yoxsa insan daha vaçibdir. İnsan vağa bənzəyir və ya vağ insan maskasın geyinir. Dali dialektoloji tapmaçalarla oynamağı çox sevir

——————————————————————————————————————————————————–

Mələyin qarabasması.

Mələyin qarabasması.

Bu heykəl Allahın və insanın birliyinə həsr olunub. Bu mistik heykəldə yaradıçının obrazı var olan hər şeyin peyda olduğu sağ əlin baş barmağı kimi təqdim olunub (ağaçın gövdəsindən çıxan budaqlar kimi). İlahinin barmağı – ilahi iradənin simvolu, həmçinin qala ilə assosiasiyalar yaradır… İnsan Allah tərəfindən, onun obrazına uyğun yaradılıb və daim yaradana uyğunlaşmağa çalışır, lakin Allah sərhədsiz güçə malikdir və əldə etdiyi biliklərdən asılı olmayaraq heç bir zaman onu keçə bilməyəçəkdir. Budaqları səmaya uçalan, kökləri isə torpağa bağlı olan ağaçı xatırladan insanın fiquru onun başlanğıcının duallığını simvolizə edir. Kənarda qəmli dayanmış mələk fiquru insan naturasının duallığı və insan məqsədlərinin bihudəliyi barədə düşünür. Mələyin belindəki dayaqağaçıda bunu simvolizə edir.

——————————————————————————————————————————————————————

Zamanın profili

Zamanın profili

İnsan zamanın təntənəli gedişi önündə baş əyməlidir. Biz saatın siferblatında Dalinin profilini görürük. Gözdən yaş axmışdır. Dali hər kəsin zamanda keçməli olduğu o yolu ağlayır.

—————————————————————————————————————————————————————-

Şadlıq edən Fil

Şadlıq edən Fil

Dalinin ikonoqrafiyasında fil gələçəyin simvoludur. Qüvvətli bədən nazik ayaqlar üzərində təsvir edilib, bu keçmişin sarsılmazlığı və indiki zamanın kövrəkliyi arasında kontrast kimi interpretasiya oluna bilər. Qiymətli yəhər var dövləti simvolizə edir. Mələk uğur və çiçəklənmə erasının gədiyindən xəbər verən şeypur çalır. Bu gözəl heykəl kompozisiyası insanın şəxsi xoşbəxtliyə və uğura ümüdini tərənnüm edir

——————————————————————————————————————————————————————

Modaya andiçmə

Modaya andiçmə

Böyük moda dünyası ilə Dalinin əlaqəsi 1930-çu ildə Vouge jurnalın, Koko Şanel, Elza Çiparelli ortaq işləməyə başladığı zaman qurulmuş və sonradan ömrünün sonunadək davam etmişdir. Böyük modanı super model pozasında Venera təcəssüm edir, onun başa qızılgüllərlə örtülmüş və ya qızılgüldən yaradılmışdır, bütün zamanlarda qızılgül ən gözəl gül sayılır və Dali tərəfindən qadınlığın simvolu kimi şərh edilir. Onun üzü pərəstişkarların xəyalına sərbəstlik vermək üçün qəsdən detallardan məhrum edilmişdir. Biz zamanımızın muzasına andiçən onun önündə diz çökmüş çəngəvar kutüryeni görürük

Sürrealistik Nyuton

Sürrealistik Nyuton

Dali ümümdünya cazibə qüvvəsini kəşv etmiş alim kimi Nyutona dərin hörmətini göstərərək dəfələrlə onun obrazını yaratmışdır. Bu obrazın ayrılmaz atributu əfsanəyə görə Nyutonun başına düşüb onu böyük kəşvinə yönləndirən almadır. Almanın düşməsini önəmliliyinə görə Dali adəmin müdriklik ağaçından almaya düşən tamahla eyni görür. Bunun eyni alma olması fikri Dalini əyləndirirdi. Fiqurdaki iki böyük dəlik unutqanlığı təcəssüm etdirir. Müasirlərimizin zamənəsində Nyuton individuallıqdan məhrum (ruhsuz və ürəksiz) yalnız böyük addır.

—————————————————————————————————————————————————————-

Adəm və Həvva

Adəm və Həvva

Erotik heykəlin bu inçə şah əsərində Dali Adəm, Həvva və yoldançıxaran ilanı günaha batmanın qənşərində təsvir edir.
İlan tərəfindən başdan çıxarılmış Həvva Adəmi qadağan olunmuş meyvədən dadmağa təhrik edir. Adəm artıq əlini qaldırmışdır lakin, son qərarı verməkdə tərəddüd edir Allaha verdiyi söz və qarşısı alınmaz tamah arasında son anda donub qalır.
Kamil ilan şübhələri öldürməyə və məhkum olunmuş çütlüyü sakitləşdirməyə çalışır. İnsanları qarşıdan gözləyən əzablardan xəbərdar olduğundan onların arasında ürək formasında bükülərək sanki onları yeni bir ənamla sevgiylə birləşdirərək, zəngin potensiala malik məna çalarları ilə və fəlsəfi ümumiləşdirməylə, obrazlı üçlük yaradır.

—————————————————————————————————————————————————————–

Nyutona Hörmət Borcu

Nyutona Hörmət Borcu

Dali ümümdünya cazibə qüvvəsini kəşv etdiyinə görə Nyutonu mədh edir. Dalinin kompozisiyasında insanın plastik emotsional fiqurunu kəfkirin oxu ümümdünya cazibə qüvvəsinin dəyişməməzliyinin simvolu kimi eyni səviyyədə saxlayır. Dali bu obrazı Dali muzeyinin əsas heykəli kimi seçmişdir. 1986-çı ildə İspaniya kralı Dali muzeyinin yaradılması üçün Madridin böyük şəhər meydanını ayırmışdır. Dali 4.5 m hündürlüyü olan və bu kompozisiyanı olduğu kimi təkrarlayan heykəl yaratdı və onu meydan kompozisiyasının mərkəzinə yerləşdirdi.

—————————————————————————————————————————————————————

İlbiz və mələk

İlbiz və mələk

Yaxşı məlumdur ki, Dalinin fetiçlərindən biri ilbiz olub. İlbizin simvolik obrazı çoxmənalıdır. Bu zərif çanlı cismin və qaba ölü balıqqulağının ahəngidir. Bu qadın və kişi başlanğıçının bir çanlıda birləşməsidir (quru ilbizləri qermofroditdirlr). Bu sevgi münasibətlərinin mükəmməl harmoniyasıdır, belə ki, iki ilbizin cinsi əlaqəsi zamanı hər biri öz seksual başlanğıcının təlatını yerinə yetirir.
İlbizin çanağı donmuş zamanın simvoludur, çanağın spiralı sonsuzluğu simvolizə edir. Bu heykəl kompozisiyada ilbiz zamanın yavaş axımını simvolizə edir. Cəld mələk ilbizə sərhədsiz sürət bəxş etmək üçün peyda olmuşdur. Yalnız zaman qarçısında o gücsüzdür, qoltuğağaçı-zəifliyin simvolu buna işarədir.


Bir şərh yazın

Salvador Dali- “Atomik Leda”

Salvador Dali- Atomik Leda – Leda Atomica

Image

 

Dalinin Hirosimaya atılan atom bombasından sonra sənətində və sənətə olan münasibətində dəyişikliklər olmuşdur. Dali rəsmlərinin müsair dövrün təsdiqlədiyi yeni qaydaları ehtiva etməsinin lazımlılığı, yalnız bu yolla aktuallığını qoruya biləcəyi kimi bir fikrə qapılır. Rəsmdəki qadını yəgin ki, tanıdınız, Dalinin yeganə sevgilisi Qaladır, rəsmə adının verildiyi Leda xarakteri olaraq poza vermişdir.

Image

Ledadan mifologiyada Sparta ilahəsi olaraq bəhs olunur. Zevs isə Ledanın heyranıdır. Leda başqa biriylə evləndiyi gecə Zevs qu quşu formasında Ledanın otağına gizlincə daxil olub onunla bir yerdə olur. Və təbii ki heç bir şeydən xəbəri olmayan əri də. Əfsanəyə görə, bu iki birləşmədən iki əkiz yumurta əmələ gəlir, Zevsin genlərindən gələn uşaqlar- hər əkizdən biri ölümsüz olaraq doğulur: Pollux və Helen. Rəsmdəki qu quşu və yumurtalar bu hadisəyə bir işarədir. Diqqətlə fikir versək, rəsmdəki elementlər beşbucaqlıya tam yerləşir. Və rəsmin ən önəmli özəlliyi- heç nə bir- birinə toxunmur. Məhz bu, Dalinin atom fizikasına vurduğu eyham və bu mövzunun sənətinə mövzu olmasıdır. Dali etdiyi açıqlamada da xüsusilə qeyd edir: “Qu quşu Ledaya toxunmur, Leda pedestala (oturacağa) toxunmur, pedestal zəminə toxunmur, zəmin dənizə toxunmur… ” Daliyə bu fikri verən atom fizikası, “nothing touches” teoriyasıdır, yəni, heç bir şey bir- birinə toxunmur. Mənası isə budur ki, cismlərin bir- birinə toxunurmuş kimi görünməyinə baxmayaraq, əslində atomları bir- birinə toxunmur, atomları bir- birinə toxunmayan da toxunmuş sayılmaz. İki fərqli cismin atomlarında olan protonlar arasındakı məsafə, proporsiyasına nəzər yetirsək, dünyanın günəşə olan uzaqlığından daha çoxdur.