"Dünya Rəssamlığı" incəsənət klubunun rəsmi blogu

İncəsənət bizim – bir neçə gəncin ideallarını birləşdirən ümdə dəyərdir. Öyrənib bildiklərimizi, eşidib gördüklərimizi, təcrübədən keçirdiklərimizi və ən nəhayət, ilham aldıqlarımızı sizinlə bölüşmək üçün burdayıq.


Bir şərh yazın

“Çattertonun ölümü” (1856)

İngilis pre-rafaelist rəssam, yazıçı, kolleksioner Henry Wallisin (1830 – 1916) kətan üzərində yağlı boya əsəridir.

Çatterton 18-ci əsrdə yaşamış bir şair, yazıçıdır.

10556718_e08ba9de

1770-ci ildə 17 yaşında ikən arsenlə intihar edib. O, çox məşhur bir romantik yazıçı, dəyəri bilinməyən dahilərdən idi. Belə ki, yazıçı etdiyi işin qarşılığını maddi olaraq ala bilmirdi. O, İlgiltərədə ticari olaraq daha müvəffəqiyyətli bir kariyeraya sahib ola bilərdi, yazdıqları çox satılırdı, lakin yazıçı maddi olaraq qarşılığını ala bilmirdi

10556719_85ec9298

 Ölümündən sonra yazıçının hesab dəftərləri araşdırıldığında əsərləri üçün layiqindən az ödəmələr aldığı görünür. 18-ci əsr sənətçilərinin çoxu demək olar ki, eyni vəziyyətdə idi. Yaratdıqları sənət əsərlərinin qarşılığını maddi olaraq ala bilmirdilər.

Henry_Wallis_-_Chatterton_-_Google_Art_Project

Rəsmə diqqətlə baxdıqda görürük ki, yazıçının bədəni arxaya doğru qıvrılmış vəziyyətdədir. Bu kiçik tavan arası otağın açıq olan kiçik pəncərəsindən süzülüb gəlmiş kimi görünür. Pəncərədən onun yaşadığı London şəhərinin silueti və Müqəddəs Pavel kilsəsi görünür.

Henry_Wallis_-_Chatterton_-_Google_Art_Project thrtjr

Anbara bənzəyən bu tavan arası otaqdan yazıçının kasıblığına işarə edən əşyalar görünür.

Kiçik bir taxta masa, köhnə bir şamdan. Şam tamamilə yanıb bitib, üzərindən tüstü çıxır – Burda bir simvolizm var, şamın tamamilə yanıb bitmiş olması yazıçının həyatının sonlandığını göstərir. 

Henry_Wallis_-_Chatterton_-_Google_Art_Project fg

Bundan başqa pəncərə önündə də ölmək üzrə olan gül görürük. Rəsm pre-rafaelist tərzə uyğun bir əsərdir. Xəttlər dəqiq, rənglər canlı, detallar diqqətlə təsvir edilmişdir.

Məsələn, yataq örtüyünün üzərindəki iplərə, qıvrımlara və işığın yaratdığı kölgəyə diqqət edin.

Henry_Wallis_-_Chatterton_-_Google_Art_Project gsh

Otaqdakı ən adi əşyanın belə detalları xüsusi diqqətlə yaradılmışdır. Detallı və gerçək kimi canlandırılmış çox nəsnə var. Məsələn, sol tərəfdə yerdə cırıb atılmış yazıları görürük. Qutunun qapağına işıq düşür. 

Henry_Wallis_-_Chatterton_-_Google_Art_Project bnn

Rəng seçimi 19-cu əsr ortasındakı rəsmlərlə qarşılaşdırıldığında olduqca qeyri-adidi. Chattertonun saçlarınını qızıllığı ilə bədəninin yaşıla çalan tonu kontrast yaradır. Şalvarının qıvrımlarında açıq və tünd mavi ilə bənövşəyi rəngdən istifadə edilmişdir. Arxa planın tünd rəng olması səbəbi ilə burda rəng çox daha canlı görünür. Pre-rafaelist rəssamlar bu dönəmin sənətçilərinin əksinə tünd rəng zəmin əvəzinə bəyaz zəmində rəsmlərini çəkirdilər.

Əsərdə baş vermiş bədbəxt hadisəni anlamağımızı göstərən ipucları var.

Məsələn, yazıçının sağ əlinin yanında təkcə yerə düşmüş ayaqqabısını deyil, arsen şüşəsini də görürük.

Henry_Wallis_-_Chatterton_-_Google_Art_Project segewe

Yatış pozisiyası isə Pyetanı xatırladır. (Rəsm aşağıdadır)

1024px-Enguerrand_Charonton_-_Pietà_de_Villeneuve-lès-Avignon_-_WGA4795

A. Karton “Pyeta” (1456-57)

Bu yatış pozisiyası onun bir anlamda da sənətçilərin gələcəyi üçün özünü fəda etdiyini ifadə edir.

Əsər Teyt Qalereyasında sərgilənir.

Advertisements


Bir şərh yazın

Quşların cəhənnəmi

Quşların cəhənnəmi (1938)

“Quşların cəhənnəmi” nasist Almaniyasının alleqoriyasıdır. Bu Bekmanın “Gernika”sıdır, bu əsər nasistlərin rəssamın vətəninə edilən təcavüzə bir cavabdır. Hələ heç bir əsərində Bekman bu qədər düzünə, birbaşa tənqid etməmişdir. Gəlin bu əsəri biraz təhlil edək.

Niyə məhz quşlar insanlara əzab verir?

Xalq arasında yüksək rütbəli nasist məmurlara təntənəli formalarına görə “Goldfasanen” yəni “qızıl qırqovullar” deyilirdi. Həmçinin qartal nasist Almaniyasının rəmzi olmuşdur.

Reichsadler der Deutsches Reich (1933–1945).svg

3-cü Reyxin gerbi.

Bəs mərkəzdəki nəhs quş nə təmsil edə bilər?

Bu nasist fəlsəfəsinin əsas amillərindən biri Ana-torpaqdır, onun bir neçə döşü var (bu məhsuldarlığa işarədir, axı arilər irqi sağlam, “təmiz” nəsil yetişdirməli idi) və o sağ qolunu qaldırmaqla nasist salamı verir. Bu ilahə qorxunc şəkildə dişlərini ağardır, onun yanında isə yerdə qızıl pullar səpilib.
Sağ küncdə faşizm təbliğatının əvəzolunmaz hissəsi olan səsgücləndiriciləri görmək olur. Onlların altında rəssam nasistlərə satılmış və heç bir müqavimət göstərməyən din xadimlərini qara geyimli quş qismində təsvir etmişdir.

Sağ küncdə yerdə qəzet parçaları görmək olar, bu mətbuatın da nasistlər tərəfindən zəbt etildiyinə işarədir. Sol tərəfdə isə kiçik masanın üzərində nasistlər gəlməmişdən əvvəl insanların yiyələndiyi əşyalar: üzüm (bolluq), kitab (bilik və incəsənət) və şam (idrak işığı rəmzi) təsvir edilib.
Əlbəttə ki, bu əsəri onsuz da təqiblərə uğrayan Bekman Almaniyada çəkməmişdir, o Hollandiyada yaradılıb. Lakin bu ölkədə də nasistlər rəssamdan əl çəkmir və buna görə Bekman ABŞ-na emiqrasiya etməli olur.

selbstbildnis

Maks Bekman Avtoportret.


Bir şərh yazın

“Skagen çimərliyində tonqal axşamı” 1906

Peder Severin Krøyer (1851-1909) danimarkalı rəssam
800px-P_S_Krøyer_1897_-_Selvportræt
“Skagen çimərliyində tonqal axşamı” (1906)
Midsummer_Eve_bonfire_on_Skagen's_beach_-_P.S._Krøyer_-_Google_Cultural_Institute.jpg
(Danimarka dilində: “Sankt Hansblus på Skagen strand”)
Tamamlanması bir neçə il çəkən bu böyük işdə Skagen rəssamları adlanan bir çox sənətçi təsvir olunub. Onlar Skagen yerli ictimaiyyətinin nüfuzlu üzvləri sayılırdılar.
Skagen rəssamları – yaxın əlaqələri və eyni maraqları olan əsasən danimarkalı rəssamlar idi. Onlar 1870-ci illərin sonlarından etibarən hər yay Yutlandiyanin uzaq şimalında yerləşən balıqçılıq kəndi Skagendə toplaşırdılar və yerli balıqçıları, onların yığıncaqlarını və mərasimlərini tabloya köçürürdülər. Krøyer bu rəssamlar qrupunun qeyri-rəsmi lideri hesab olunurdu.
Peder Severin Krøyer Norveçin Stavanger şəhərində anadan olmasına baxmayaraq, Kopenhagendə böyümüş və 1882-ci ildə ilk dəfə Skagenə gəlmiş, ondan sonra Marie ilə evləndikdən sonra 1889-cu ildən etibarən orada yaşamağa başlamışdır. O, Skagendə qısa zamanda rəssamlar qrupunun vacib və ən həvəskar üzvlərindən biri olmuş və öz möhtəşəm işlərini elə burada yaratmışdır.
Rəsmdə Danimarkada “Sankt Hans aften” adı ilə qeyd olunan ənənəvi yay tonqalının ətrafında rəssamlar koloniyasının üzvləri ilə bərabər yerli sakinlər də təsvir olunmuşdur. Danimarkada gecə gündüz bərabərliyi qeyd edilən gün sankthans və yaxud sankthansaften adlanır. Bu, 1770-ci ilə qədər rəsmi bayram idi və danimarkalılar ənənəyə uyğun olaraq bayramı əsas gündən, yəni 23 iyundan öncə axşam qeyd edirdilər. Bu bayram vikinglər dövründən bəri qeyd olunurdu. Belə ki, o zamanlar insanlar müalicəvi su quyularını ziyarət edib orada pis ruhları dəf etmək üçün böyük tonqal qalayırdılar. Bu gün su quyusu ənənəsi yoxdur. Çimərlikdə tonqallar, çıxışlar, pikniklər, mahnılar hələ də ənənəvidir, lakin indi tonqalları su olan ərazilərdən uzaq yerlərdə də qalayırlar. 1920-ci illərdə tonqala samandan və parçadan hazırlanmış cadugərin qoyulması, 1540-1693-cü illərdə kilsənin cadugərləri yandırmasını xatırladırdı. Bu yandırılma “cadugəri” Almaniyada Harz dağlarında Broken yüksəkliyinə göndərirdi, həmin axşam cadugərlərin böyük yığıncağının orada keçirildiyinə inanılırdı.
800px-Skt._Hans_bål+heks
1885-ci ildə Holger, musiqisini P.E. Lange-Müllerin bəstələdiyi “Vi elsker vort land” (“Biz vətənimizi sevirik”) adlı yay himnini yazmışdır. O vaxtdan bu mahnı hər tonqal axşamı oxunur.
Aşağıdakı fotoda müasir danimarkalılar tonqal ətrafında “Yay himni”ni oxuyaraq bayramı qeyd edirlər. Bu linkdə dinləyə bilərsiz: https://www.youtube.com/watch?v=CdHs51JZU7A
1024px-3839_Danes_singing_Midsommervisen_by_the_fire
Peder Severin Krøyerin “Skagen çimərliyində tonqal axşamı” adlı rəsmində rəssamlar və kəndin nüfuzlu şəxsiyyətləri solda,
Midsummer_Eve_bonfire_on_Skagen's_beach_-_P.S._Krøyer_-_Google_Cultural_Institutegffff.jpg
 yerli sakinlər isə sağda təsvir olunmuşdur.
njrjrj.jpg
Peder rəsmin ilk eskizini 1892-ci ildə yaratmışdır, lakin 149.5 x 257 sm ölçüdə olan bu geniş işi tamamlamaq ona 14 ilə başa gəlmişdir. Baxmayaraq ki, rəssamın bu işi özünün elə də ürəyincə olmamışdı, rəsmin çox qaranlıq olduğunu və səmanı daha işıqlı təsvir etməli olduğunu düşünürdü, lakin bu iş Skagen muzeyində kolleksiyada ən mühüm işlərdən biridir. Peder Severin Krøyer bu işin onun ən mühüm əsərlərindən olmadığını düşünsə də, bu əsərin böyük tarixi əhəmiyyəti kəsb etdiyinə inanırdı.
Tərcümə etdi və hazırladı: Firuzə İbrahimova


Bir şərh yazın

Edvard Munk – “Çığırtı”

Qarşısı alınmaz dəhşət, ürəkdağlayan kədər… Bu əsər dəli bir insanın hallüsinasiyasıdır sanki.

The_Scream

 Belə ki, Edvard Munkun “Çığırtı” sı heç də dəhşətin spontan ifadəsi olmayıb, real bir hadisənin tam dəqiqliklə kətan üzərinə köçürülməsidir.

 Əsərdə rəssama yaxşı tanış olan yer, Ekeberq təpələrinə gedən yol təsvir olunub. Kətan üzərinə köçürülən bu mənzərə barədə Munk hələ öz gündəliklərində, 22 yanvar, 1892-ci tarixdə, yazır: “Mən iki yoldaşımla gəzintiyə çıxmışdım. Günəş qüruba doğru yaxınlaşırdı. Məni həzin bir qüssə bürüdü. Birdən səma al-qırmızı rəngə boyandı. Mən dayandım və barmaqlığa söykəndim. Tünd-mavi səmada və şəhərin üstündə sanki alov dilləri oynayırdı. Dostlarım yollarına davam elədilər, lakim mən yerimdədonub qaldım. Qorxudan  titrəyərək, Təbiətin dəhşət dolu çığırtısını bütün qəlbimlə eşidirdim sanki.” Bütün bu yaşananlar, həmin dəqiqə rəsmə köçürülmədi. Munkun arxivindəki sənədlərə nəzər salaq, rəssamın öz əliylə yazdığı qeydlərdən birində deyilir ki, 1893-cü ildə yaradılmış “Çığırtı”,  onun 1884-cü ildəki xatirələri əsasında yaradılıb.
Bəs nəyə görə Munk, üzərindən 9 il keçsə də, bu hadisəni belə yadında saxlayıb və onu rəsmə çevirməyi qərara alıb? Yalnız 2003-cü ildə fizik Rassel Dyoşer və astrofizik Donald Olson buna aydınlıq gətirə bildilər. 1883-cü ilin avqustunda İndoneziyada 36 min insanın ölümü ilə nəticələnən Krakatau vulkanının püskürməsi baş vermişdi. Və nəticədə  atmosferin yuxarı təbəqələrinə vulkanik mənşəli kül yığılmışdır ki, bu da günəş şüalarının təsiri nəticəsində, qürub zamanı səmada al-qırmızı rəngin əmələ gəlməsinə səbəb olurdu. Bu qeyri-adi hadisə dünyanın müxtəlif yerlərində təzahür eləmişdir. Belə ki, rəssam Vilyam Eskroft Temza sahilində apokaliptik qürubu müşahidə elədiyini öz qeydlərində bildirmişdir. Pensilvaniya ştatındakı qəzetlərdən birində isə, göydə Amerika bayrağının zolaqlarının görünməsi barədə yazı getmişdir. Beləliklə vulkanın izlərini 1883-cü ilin noyabrından 1884-cü ilin fevralına qədər, Norveçin paytaxtı da daxil olmaqla, dünyanın müxtəlif yerlərində insanlar səmada müşahidə edə bilmişdilər. Beləliklə, Karakatau vulkanı nəinki atmosferdə həmçinin incəsənətdə də böyük iz buraxmışdır.
Əsərdə ön plana çəkilən üz elə əslində Munkun özüdür. Əsas cizgilər burda tam təsvir olunmasa da, dəhşət hissi yaşıyan hər bir insana xas olan ümumi cizgilər burda dəqiq aydın təsvir olunub. Munkun yaradıcılığını araşdıran prof. Robert Rozemblyumun araşdırmasına görə uzunsov, sərt formada olan baş və ona sıxılmış əllər, həmin vaxtlarda Fransa muzeylərində insanlara təqdim olunan “Peru mumiyası”dan götürülmüşdür.
942811_1255416267805542_5099827366302162132_n
 Əsərdə diqqət çəkən bir an da var. Munkdan uzaqlaşan dostlar. Bu əsərdəki tənhalıq hissini daha da qabarıq ifadə edir.
 Alman incəsənət tarixçisi Ulrix Bişofa görə, Munkun yaradıcılığında kölgə elementi, keçmiş və ölümü təsvir edir. Bu hardasa onun uşaqlıq xatirələriylə bağlıdır. Belə ki, rəssam anasının və bacısının vərəm xəstəliyindən ölümünün şahidi olmuşdur.
Tərcümə etdi: Kənan Möylamlı


Bir şərh yazın

Xaosun harmoniyası və ya heç nə.

Nömrə 3: Pələng

1949. Kətan, ALL (ağaç lif lövhə), yağlı boya, alümin rəng

157,4×94,2 sm

Hişxorn muzeyi və heykəllər bağçası, Smiston institutu, Vaşinqton, ABŞ

1cdb28d8cd35f0343bcf6112c059

Enter a caption

Bu ki sadəcə cızma-qaradır!

Bəli, lakin möhtəşəm cızma-qaradır!

Bu həqiqətən rəssam əlinin işidir?

Bəli, Pollok həqiqi rəssam idi. O həm karandaşın həmçinin fırçanın öhdəsindən əla gəlirdi.Lakin müəyyən anda o hiss etdi ki, məhz belə təsvir manerası onun etmək istədiklərini çatdırmağın ən yaxşı ifadə vasitəsidir.

Burada heç nə başa düşmək mümkün deyil!

İlk baxışda bu sadəcə xaosdur, lakin yenə də forma və rəngləri fərqləndirmək mümkündür. Hiss olunur ki, önümüzdə müstəsna dərəcədə çətin və dolaşıq nəsə var.

Bu nə ola bilər?

Məlum deyil – və çətinki öyrənmək olar. Müəyyən nəsə demək mümkün deyil. Ola bilər ki, rəssam elə bizə adı olmayan anlaşılmayan nəyisə göstərmək istəyir. Hər şey qarışıb, arası kəsilməyən suallar və heç bir cavab yoxdur. Həyatda da belə olur.

Bütün sahə müxtəlif rənglərlə doldurulub

Rəsmdə bütün rənglər şəxsi həyatını yaşayır onlar iplər kimi hörülür lakin qarışmırlar. Rəngli saplar sonsuz dolaşır gah qalınlaşır gah da elə nazilir ki, sanki indicə qırılacaq. Və bu bir deyil, çoxlu sayda laylardır üstəkilər üzərində başqaları da var: sıx görünməyən qırmızı, sarı, yaşıl, ağ, qara… şəbəkə Rəssam nə qədər bacarırdısa o qədər rəngdən istifadə etmişdir.

Əgər bu rəsmə uzun müddət baxsan başın giçəllənməyə başlayır

Bəli, beləki biz rəsmdə gördüyümüz xəttlərin ardıyca getməyə öyrənmişik burada isə xəttlər aldadıcıdır. Onlar heç yerə gedib çıxmır. Baxış istiqamətini itirir fikri çəmləşdirməyə heç nə yoxdur. Belə hiss oyanır ki, sanki səni qasırğa fırlayır və yaxud fırtına küləyi bir yerdən başqa yerə atır.

Sanki rəssam rəngləri sadəcə kətanın üzərinə necə gəldi damçıladıb

Elədir ki var. O kətanı döşəməyə sərir və dəmir bankada açdığı deşiklərdən rəngləri çiləyirdi. O müxtəlif istiqamətlərə dönür, rənglərin axınını mərkəzə yönləndirir və onları müstəvi üzərində damçılamasını və yayılmasını müşahidə edir. Pollok fırçadan istifadə etmirdi bu səbbədən elə təəssürat oyanır ki, sanki rənglər özləri harada və necə uzanmalarını secim etmişlər. Lakin kətanın ətrafında yerini dəyişən və əlin hərəkətini idarə edən rəssam təsadüfilik elementini minimuma endirmişdir. Hər şey dəqiq hesaba tabe olur.

polly

Bu cür qeyri-adi üsuldan istifadə emək fikri ona necə gəlmişdi?

İkinci dünya müharibəsi illərində çoxlu sayda rəssamlar Avropadan Amerikaya köçmüşdülər. Onların arasında yeni texnologiya ilə eksprementləri ilə məhşur olan Maks Ernest var idi. Bir gün Pollok onun emalatxanasını ziyarət edir və səthin xallı olması üçün rəngi kətanın birbaşa üzərinə axıtmasını görür. Sonradan Ernest  bu metodu təkminləşdirməkdən vaz keçir, Pollok isə bu metodla silahlanır. Rənglərin belə damçılandırılması metodu drippinq (ing. drip “damçılatmaq”, “axıtmaq”) adını almışdır. Fransız termini olan – taşimz (ləkələrlə incəsənət) termini də var.

Pollok başqa manerada işləyirdi mi?

O drippinqə yaradıçılığının müəyyən bir dövründə müraciət etmişdir amma bu onun əvvəlki işlərinin məntiqi davamı olmuşdu. Pollokun işlədiyi erkən mövzulardan biri dalaşan insanlar və heyvanlar olmuşdur. Fiqurlarla yüklənmiş bu rəsmlərdə dəhşətli anlaşılmazlıq hökm sürürdü. Gözəl günlərdən birində bu rəssamı bezdirdi və o persopnajlardan ümumiyyətlə imtina etmək qərarını verdi. Onun rəsmlərindən fiqurlar tamamilə itdilər ramkadan kənara çıxdılar və yaxud bir-birilərini məhv etdikdən sonra yalnız xaos qaldı…

Necə qəribə rəsmdir adam hara baxmalı olduğunu bilmir

Hər şeyə birdən baxmaq istəyirsən gözlər çarpazlaşır rəsmin hər-hansı bir hissəsini ayırıb onu əsas kimi qəbul etmək olmur. Mərkəz kənarlardan elə də vacib deyil, yuxarı və aşağı, sağ və sol künç arasında bir fərq yoxdur…

Nə üçün rəssam hər şeyi belə qarışdırıb?

Həqiqətən hər şey elə qarışdırılıb və səhv salınıb ki fikrimizi itiririk. İradəsiz olaraq nədənsə tutunmaq istəyi yaranır, baxışla tanınılan hər-hansı formanı tutmaq istəyirik nəyin nə olduğunu başa düşməyə çalışırıq. Bu tamamilə normal reaksiyadır. Digər tamaşaçılar hətta rəssamın onları bilərəkdən ələ saldığını düşünüb inciyə də bilərlər. Və bunun da izah edilməsi mümkündür. Pollokun niyyətinin bir hissəsi də ətrafımızda nə baş verdiyini anlamaq ixtiyarında olmadıq da bizim nə qədər köməksiz və silahsız olmağımızı göstərməkdir.

Rənglər hər hansı xüsusi mənaya malikdirlərmi?

Vacib deyil. Əlbəttə, rənglərin əsas xüsusiyyətləri onlarladır: Qırmızı həmişə səma ilə assosiasiya olunan mavidən daha güçlüdür; ağ həmişə digərlərindən daha təmiz təsiri bağışlayır və s. Sözsüz rəsm əsəri rəngli əlaqəli hisslər qamması oyadır. Yeri gəlmişkən burada yalnız fonu (əgər bu rəsmə aid edilən fondan danışmaq olarsa) təşkil edən tutqun pollokun beyin işində daha əsas yer tuta bilən hətta əsas rəng ola bilərdi…

Bu qədər rəng qatı nə üçün lazımdır?

Bu suala cavab vermək elə də asan deyil. Bunun üçün daşlaşmış qalıqlar və yaxud əl izlərini axtaran arxeoloq olmağa çalışıb təsvirin üstündən onun dərin qatlarına dalmaq lazımdır. Rəng qatları geoloji mərhələləri xatırladır: içəri daxil olduqca biz yavaş –yavaş orda nə olduğunu bilməsək də nə zamansa orada olanın izlərini tapmağa başlayırıq…

Rəsmin adı ilə təsvir arasında heç bir əlaqə yoxdur!

Rəsmin adındaki birinci hissə “Nömrə 3” onun müəyyən ardıçıllıqla işlənmiş bir necə işin siyahısında sıra nömrəsidir. Nömrə özlüyündə heç bir məna daşımır rəsmin məğzini acmağa kömək etmir xüsusilə də gerçəkliklə onun heç bir əlaqəsi yoxdur. Rəsmin adının ikinçi hissəsi “Pələngə” gəldikdə ondan baş çıxarmaq daha asandır. Rəsmdə hardasa pələngin obrazı ilə assosiasiya edilə biləcək motiv mövçuddur: rənglərin alabəzək və coşqun dinamikası, xəttlərin elastikliyi, qüvvə, məqsədyönlülük…

polpot

Cekson Pollok “Nömrə 5”

Heç nəyə baxmayaraq rəsmdə hər-hansı məna varmı?

Əlbəttə, var. Pollokun yaradıçılıqla məşğul olduğu illərdə ikinci dünya müharibəsi ərəfəsində və sonra heç bir ənənəvi incəsənət üslubu ona görə zamanın tələblərinə cavab vermirdi. Ənənəvi vasitələrlə xaos hissini və qacılmaz fəlakəti göstərmək mümkün deyildi və Pollok özünəməxsus üslubda ətrafda hər şeyin necə məhv və həlak olduğunu göstərməyə çalışmış, hər şeyin tanınmaz dərəcədə yadlaşdığı dünyaya düşmüş tənha insanın səylə çıxış yolu axtarmağa çalışmasını təsvir etmişdir. Əgər rəsm əsəri fəlakətdən sonra qalan qalıqların xaotik yığıntısıdırsa fəlakətin rəsmini çəkməyə ehtiyaç yoxdur. Bütün bu fraqmentlər: parçalar, qırıqlar rəssamın tükənməz enerjisini vasitəsiylə paylanır, qarışdırılıq və qatışdırılır…

NV_0361

Cekson Pollok

(1912, Kodi, Vayominq – 1956, Sprinqs, İst-Xempton, Nyuyork)

Pollokun rəsmləri həmişə tənqidçiləri müxtəlif cəbhələrə ayırır. Harold Rozenberq incəsənətin ekzistensial drama transformasiyası barədə danışır, kətan üzərində təsvir olunanın təsvir deyil təsadüf olduğunu deyirdi. Mühüm hadisə “Təsvir üçün təsvir” nümunəsi yaratmaq idi. Kətan ətrafında Pollokun bədən hərəkətləri – siyasi, estetik və əxlaq dəyərlərindən azad olmasıdır. 

Klement Grinberq abstrakt ekspressionizmi və ayrılıqda Polloku estetik dəyərlərin qısa ifadəsi elan etmişdi. Beləliklə, Pollokun işləri o dövrün ən yaxşı təsviri sənəti, bədii ənənənin kulminasiyası, kubistlərin işlərində Sezann və Moneyə qayıdış yaşaması kimi daha təmiz və koncentrik olduğu qənaətinə gəlir.


Bir şərh yazın

La Primavera

Botticelli-primavera.jpg

Bu möhtəşəm və tanınmış rəsm əsəri, Botiçelli tərəfindən Lorenzo di Pierfrançesko de Mediçi, Böyük Lorenzonun kuzeni üçün çəkilmişdir. Hamımıza məlumdur ki, Mediçi ailəsi Florensiyanın ən vacib, tanınmış bankir ailəsi və daha sonra Toscania kraliyyət evinin sahibi olmuşlar.

Lorenzo_de'_Medici-ritratto.jpg

Girolama Macchietti “Lorenzo de Mediçinin portreti” XVI əsr

Tənqidçilər əsərin tarixi barədə yek fikrə sahib deyillər. Hər bir halda isə əsərin 1477-1482-ci illər civarında çəkildiyi güman edilir.

“Bahar” (“Bahar Alleqoriyası” başqa ad ilə) alleqorik yozumlara sahibdir: əsərin məna təhlili hələ də qəliz və qeyri-səlisdir. Digər bütün nəzəriyyələr içərisində əsərin daha uyumlu təhlili şahir Poliziano tərəfindən verilmişdir.

Çəmənliyin qüsursuz təsviri, rənglərin düzgün istifadəsi, fiqurların zərafəti və ümumən şəkildən əsən poeziya rüzgarları, bu əsəri belə məşhur və bütün zamanların ən önəmli rəssamlıq nümunələrindən biri halına gətirmişdir

Əsərin sənətşünas, ya da elə sənətsevərlər tərəfindən edilən sonsuz təhlillərini, bütün nəzəriyyələri bir tərəfə qoysaq, əmin olduğumuz bir şey yenə də qalar: Venera xeyir əməl, doğru iradədir, o material dünyanı (sağ) mənəvi saflıqdan (sol) birdəfəlik ayırmağa müvəffəq olmuşdur. “Humanitas” öz bacarıqlarından əmin olan, güclü iradəli, nikbin bir insan idealını təbliğ edir. Bu qədim konsepsiya Mediçi sarayında aktual olacaq İntibah HumanizmiNeoplatonizm üçün bir zəmin hazırlayırdı.

Neoplatonizm – qədim Yunan filosofu Platonun ideyalarını xristianlığın ən nəcib konseptləri ilə calaşdırmağa çalışan yeni fəlsəfi və estetik cərəyan idi. Kamil eşq və ideal gözəlliyə bağlı neoplatonik konsepsiya İntibah mədəniyyəti və Botiçelli fırçasına birbaşa təsir göstərmişdir.

Digər bir tərəfdən düşünsək ki, Bottiçelli və onun müştərisi, Mediçi ailəsinin sənətə olan dərin, uzaqgörən və universal sevgisini mədh etməyə çalışmışlar – yəqin ki, yanılmış olmarıq. Uffizi qalereyasında,10-14cü otaqlar Bottiçelli sənətinə həsr olunub. Yolunuz düşsə, baş çəkməyi unutmazsınız.

Aşağıda qısa təhlillə tanış olaq:

Rəsmin tam ortasında yer alan, əynində parlaq narıncı rəng paltarı ilə Qədim Roma eşq və məhəbbət tanrısı Veneradır. Gözəllik və eşqlə bahəm, gəncliyin, bolluğun, yeniliyin, dəyişikliyin –  bilavasitə, baharın xəbərçisidir.

4131637796_0fd541619b_b.jpg Veneranın sağ tərəfində çiçəkli paltarı və ətəyinə yığdığı gülləri ilə diqqət cəlb edən Roma “Çiçək” tanrısı Flora dayanır. Qucağındakı güllər Veneranın təmsilidir. Floranın üzərində bütün çiçək və güllər – 500ə yaxın real çiçək növlərindən ilhamlanaraq çəkilmişdir. Əsərin bu fərqli cəhəti onun sənət aləmində önəmli bir  yer tutduğuna işarə edir.

flora_detail2.gif

Floranın yanında isə Xloris adlı bir pəri dayanır. Xlorisin sağ üstündə isə mavi-boz çalarlara sahib, “Qərb küləkləri” tanrısı Zefir dayanır. Zefir, Veneranın bağçasına girə bilən yeganə küləkdir. Yunanıstanlı Ovidin “Metamarfoz”unda danışılan hekayəni əsas götürsək, Zefir Xlorisi daim izləyir, ona sahib olmağa çalışır. Sonda isə onlar evlənir və birlikdə sonsuz bahar yaşayırlar. Rəsmdə də belə bir an təsvir edilmişdir, Zefirdən qaçaraq bağırmağa çalışan Xlorisin dodaqlarından bu anda sözlər və səslər çiçəklərə çevrilib ətrafa səpələnirlər.

graces_detail.gif

Veneranın solunda isə “Üç Gözəl” təsvir olunmuşdur, onlar rəqs edərək Veneranın sevincini paylaşırlar. Pərilərdən ortada dayanan Zefir və Xlorisin münasibəti qınaq obyektinə çevirsə də, yuxarıda Kupidon (yaxud Eros) tərəfindən ona tuşlanan məhəbbət oxundan hələ bixəbərdir. Sonradan onu da aşiqliq məqamı gözləyir.

venus-hd.jpg

 

 

Veneranın yuxarısında görünən qanadlı, “silahlı” balaca uşaq Veneranın oğlu eşq tanrısı Erosdur. Bu şəkildə rəsmin baharla birlikdə, altmənasında “evlilik” mövzusu da işlənmişdir. Rəsmdə Erosun gözüqapalı təsvir edilməsi klassik eşq tərifinin təcəssümüdür, bəlkə də. – “Eşqin gözü kordur”.

 

 

Ən sol tərəfdəki qüvvətli və yaraşıqlı oğlan fiquru isə romalıların “Xəbər” tanrısı Merkuridir. (Yunan mifologiyasındakı qarşılığı Hermes). Merkuri, Veneranın bağçasına girməkdə olan qara buludları dağıdır, çünki Veneranın məkanında onlara yer yoxdur. Merkuri obrazı, ya Lorenzo di Pierfrançenso de Mediçi, yaxud onun kuzeni Culiano de Mediçini canlandırmaqdadır. Yuxarıda da qeyd olunduğu kimi, bu rəsm əslində Mediçi nəslinin köklü ailələrindən birində evlənmə – toy hadisəsinə işarə edir.


Bir şərh yazın

Murillonun balaca yolçusu..

“Balaca dilənçi oğlan” 1640-cı illər – Esteban Murillo

Balaca dilənçi oğlanı təsvir edən bu əsərdə, 17-ci əsr İspaniyasında mövcud olan yoxsulluq, çarəsizlik tam şəkildə əks olunmuşdur. Daha çox Şimal, Şimal-Qərbi Avropa rəssamları tərəfindən müraciət edilən bu cür mövzular zamanla Cənubi Avropaya da yayılmışdır. Bəlkə təsadüfdür, bəlkə də yox, amma Murillonun bu əsəri bir flamand tərəfindən sifariş edilmişdir.

murillo9

Əsərdə sökük bir binanın küncünə sığınmış, əynində nimdaş paltarı və kirli ayaqları ilə bir dilənçi uşaq görürük. Onun bu görkəmi kəndli sinfindən olduğunu göstərməkdədir.

914522

631388

İlk baxışda anlamaq olmur ki, uşaq niyə bu pozada dayanıb, amma diqqətlə incələdikcə başa düşürük ki, o sinəsindəki bitləri təmizləyir. Bu gün belə bir mövzu metropoliten insanı üçün maraq və əhəmiyyət kəsb eləməsə də, 16 və 17-ci əsr Flamand rəssamlıq sənətində xüsusi bir yer tuturdu. Uşaqlarının başını bitlərdən təmizləyən ana obrazları – həm gigiyenik, həm də mənəvi təmizliyin simvoluna çevrilmişdi. Öz bədəninin təmizliyi xüsusunda qayğı çəkən bu dilənçi uşağın hərəkəti də saflıq və məsumiyyətin ən əsas göstəricisidir.

f685578a8b6f21b6840a1d82dfa82fcb

Əsərdə Barokko dövrünə xas olan qaranlıq-işıq “chiaroscuro” effektlərini görmək mümkündür. İtalyalı rəssam Karavacco tərəfindən populyarlıq tapan bu tərz İspaniyanın tanınmış rəssamları Velazkez ( “Las Meninas”) və Zurbaran (Agnus Dei) tərəfindən mənimsənilmiş, və bu təsir Murilloda da özünü aydın şəkildə göstərmişdir. Bu işıq effektləri əsərdə teatral, dramatik, eyni zamanda realist ab-hava yaradır. Rəssam eyni zamanda iri fırça izləri və sonradan tətbiq edilən “impasto” (boya quruduqdan sonra vurulan iri və qalın təbəqələr) ilə əsərdə individual tərzini göstərmişdir. Bu əsəri Şimalı Avropa sinfinin eyni üslublu əsərlərindən fərqləndirən başlıca cəhəti isə, modelin zərif pozası və zərafətidir. Flamand rəssamlar, aşağı sinif nümayəndələrini adətən çirkin, baxımsız, bivec kimi çatdırmışlar, Murillo isə emosional səmimiyyətə də yer buraxmış, yoxsulluğun çirkinliklə (eybəcərliklə) eyni səviyyədə dayanmadığını vurğulamağa çalışmışdır.

220px-Autorretrato_de_Murillo