"Dünya Rəssamlığı" incəsənət klubunun rəsmi blogu

İncəsənət bizim – bir neçə gəncin ideallarını birləşdirən ümdə dəyərdir. Öyrənib bildiklərimizi, eşidib gördüklərimizi, təcrübədən keçirdiklərimizi və ən nəhayət, ilham aldıqlarımızı sizinlə bölüşmək üçün burdayıq.


Bir şərh yazın

Murillonun balaca yolçusu..

“Balaca dilənçi oğlan” 1640-cı illər – Esteban Murillo

Balaca dilənçi oğlanı təsvir edən bu əsərdə, 17-ci əsr İspaniyasında mövcud olan yoxsulluq, çarəsizlik tam şəkildə əks olunmuşdur. Daha çox Şimal, Şimal-Qərbi Avropa rəssamları tərəfindən müraciət edilən bu cür mövzular zamanla Cənubi Avropaya da yayılmışdır. Bəlkə təsadüfdür, bəlkə də yox, amma Murillonun bu əsəri bir flamand tərəfindən sifariş edilmişdir.

murillo9

Əsərdə sökük bir binanın küncünə sığınmış, əynində nimdaş paltarı və kirli ayaqları ilə bir dilənçi uşaq görürük. Onun bu görkəmi kəndli sinfindən olduğunu göstərməkdədir.

914522

631388

İlk baxışda anlamaq olmur ki, uşaq niyə bu pozada dayanıb, amma diqqətlə incələdikcə başa düşürük ki, o sinəsindəki bitləri təmizləyir. Bu gün belə bir mövzu metropoliten insanı üçün maraq və əhəmiyyət kəsb eləməsə də, 16 və 17-ci əsr Flamand rəssamlıq sənətində xüsusi bir yer tuturdu. Uşaqlarının başını bitlərdən təmizləyən ana obrazları – həm gigiyenik, həm də mənəvi təmizliyin simvoluna çevrilmişdi. Öz bədəninin təmizliyi xüsusunda qayğı çəkən bu dilənçi uşağın hərəkəti də saflıq və məsumiyyətin ən əsas göstəricisidir.

f685578a8b6f21b6840a1d82dfa82fcb

Əsərdə Barokko dövrünə xas olan qaranlıq-işıq “chiaroscuro” effektlərini görmək mümkündür. İtalyalı rəssam Karavacco tərəfindən populyarlıq tapan bu tərz İspaniyanın tanınmış rəssamları Velazkez ( “Las Meninas”) və Zurbaran (Agnus Dei) tərəfindən mənimsənilmiş, və bu təsir Murilloda da özünü aydın şəkildə göstərmişdir. Bu işıq effektləri əsərdə teatral, dramatik, eyni zamanda realist ab-hava yaradır. Rəssam eyni zamanda iri fırça izləri və sonradan tətbiq edilən “impasto” (boya quruduqdan sonra vurulan iri və qalın təbəqələr) ilə əsərdə individual tərzini göstərmişdir. Bu əsəri Şimalı Avropa sinfinin eyni üslublu əsərlərindən fərqləndirən başlıca cəhəti isə, modelin zərif pozası və zərafətidir. Flamand rəssamlar, aşağı sinif nümayəndələrini adətən çirkin, baxımsız, bivec kimi çatdırmışlar, Murillo isə emosional səmimiyyətə də yer buraxmış, yoxsulluğun çirkinliklə (eybəcərliklə) eyni səviyyədə dayanmadığını vurğulamağa çalışmışdır.

220px-Autorretrato_de_Murillo


Bir şərh yazın

İsa dirildi!

DİRİLMƏ (1597 – 1604) – EL QREKO

Əsər Nacional del Prado muzeyində, Madriddə sərgilənir; renessans dövrü, manyerizm (mannerism) alt-qrupuna aid edilir.

053 Diriliş The Resurrection - El Greco

El Qreko təxəllüsü ilə tanınan, yunan əsilli İspaniya rəssamı. Yaşadığı dövrdə layiqincə dəyər görməmiş, şöhrət almamış sənət sevdalısı…

Normadan artıq incə və uzun fiqurlar, ruhabənzər, kabusvari görüntülər və qəribə rəng tonları ilə Renessans (İntibah)  əsərlərinə uyğun olmayan tərzin diqqətdən kənar qalma səbəbi təəccüblü deyil. Bu qeyri-adi tərzi ilə El Qreko, tam dörd yüz il sonra gələcək kubizm və ekspressionizm janrlarının ilk siqnallarını verir.  El Qrekonun XX əsrin əvvəllərində yenidən kəşf edilərək, tərzinin təqdir edilməsi, adını çəkdiyimiz sənət axımlarının yaranması üçün əsas olmuşdur.

Əsərin mövzusu olan “Diriliş” möcüzəsi, çarmıxdan endirilərək məzara uzadılan İsanın bir neçə gündən sonra yeinidən dirilib məzarından çıxması hadisəsidir. Çarmıxdan endirilib daş məzara yerləşdirilən İsanın ölü bədəni 3cü gündə məzarından canlı halda çıxarılmışdıır. Dirilən İsa,  məzarda çıxandan sonra, 40 gün içində müxtəlif insanlara görünmüş, daha sonra ərşə yüksəlmişdir.

Rəsmdə İsanın, məzarı başında növbədə duran romalı əsgərlərin önündə məzardan çıxması anı canlandırılmışdır. Məzanın ətrafını yarımdairə şəklində dövrə alan əsgərlər İsanın canlanaraq qalxan görüntüsünə müxtəlif reaksiyalar verirlər. Bəziləri silahlarına əl atarkən, digərləri təəccüb içindədirlər. Rəsmin ön planında görünən sarı paltarlı əsgər hadisənin heyrəti ilə arxaya yuvarlanmaqdadır. Bu yerə doğru hərəkətin tam tərsi istiqamətində İsa göyə yüksəlməkdə, lakin bunu şüurlu və rahat bir şəkildə etməkdədir.

Sanki rəqs edən kimi yerləşdirilmiş xətləri ilə əsgərlər rəsmin alt hissəsində bir dinamizm, hərəkətlilik yaradarkən, rəsmin üst hissəsində İsa ağır-ağır yüksələn bir heykələ bənzəməkdədir. Yenidən doğulmuş gənc bədəni ilə İsa, artıq çarmıxa çəkilmənin izlərini – *stiqmata – üzərində daşımır. Əlindəki bəyaz bayraq doğumun ölüm üzərində zəfərini simvolizə edir və parlaq qırmızı tondakı örtük isə şəhidliyin və qurban edilmənin simvoludur. İsanın başındakı halqanın dairəvi deyil, düzbucaqlı olması isə Bizans dövrü sənət anlayışının göstəricisidir.

*Stiqmata : İsanın çarmıxa çəkilməsi zamanı bədənində açılmış yaralara verilən ümumi ad. Bu 5 müqəddəs yaranın ikisi əllərdə, ikisi ayaqlarda, bir digəri isə bədəndə, sinəsinin tam altında yer alır.

 


Bir şərh yazın

Fransisko Goya – “Cadugərlərin Şabaşı”

1522223_627423990650762_598078504_n

“Cadugərlərin Şabaşı” (Le sabbat des sorcières) 1789

Goyanın əsərlərinin yaşadığı dövrə aid məlumat verən əhəmiyyətli sənədlər olduğu düşünülür.
O dövrlərdə İspaniyada hələ cadugarlıq vardı və insanlar pis niyyətli cadulara inanırdı. Goya “Cadugarların Sabbat’ı (Le sabbat des sorcières, 1789)” adlı tablosunda yaşlı qadınların cadugar olduğuna dair xurafatların məşhur olduğu bir dövrdə cadugar yığıncağını əks etdirmişdir.
O tarixə qədər şərh olunduğu kimi yarı insan, yarı heyvan şəklində deyil, daha təbii bir biçimdə, qara bir keçi bədənində olan Şeytanın ətrafına toplanmış cadugarların əks olunduğu bu mürəkkəb kompozisiyada Goya detallara əhəmiyyət verməyən kobud fırça zərbələriylə öz tərzini nümayiş etdirmişdir. Bu tərz xüsusilə ayda və qaranlıq səmada, uçan yarasalarda gözə çarpır. Şeytanın başındakı tac onun çox tanrılı dinlərlə olan qohumluğuna işarə edir. Goyanın gözəl qadınları əks etdirməkdən xoşu gəlirdi, lakin yaşlı və çirkin qadınları əks etdirməsi daha müvəffəqiyyətlidir. Cadugarlar qaçırdıqları körpələrin bədən yağlarını qaynadaraq uçmaq üçün bir maye qarışığı hazırlayır, çılpaq soyunur və bir ev əşyasına (xüsusilə süpürgəyə) minərək yığıncağın (sabbatın) ediləcəyi məkana doğru uçurlar. Orada onları gözləyən Şeytana bağlılıqlarını isbat etmək üçün onun ayağını öpürlər və ona hədiyyələr təqdim edirlər. Qaçırılmış həmin körpələri də tabloda görmək mümkündür.


Bir şərh yazın

Salvador Dali – “Portrait of my Dead Brother” (“Ölü qardaşımın portreti”)

Dalini adət etdiyimizdən fərqli bir rəsm çəkməyə yönləndirən heç tanış olmadığı qardaşıdır. Dali bu eyni adlı, var olmayan qardaşın şəkillərini görərək, haqqında bəhs edilənləri dinləyərək fikirləri qarışıq şəkildə böyümüşdür. Woddy Allen’in son filmi Midnight in Paris filmində də karikaturə etdiyi kimi Dali hər auditoriyada adını yüksək səslə bağıraraq şəxsiyyətini nümayiş etdirmək cəhdlərindən əl çəkmədən yaşadı. Bu rəsm qardaşının portretidir. Sağ tərəfdə yadplanetli formasındakı varlıqlara baxın, diqqətlə baxıb formaya gözlərinizi öyrəşdirdiyiniz zaman rəsmin bir çox yerində görəcəksiniz, hətta ağız, burun, gözlər hamısı əl- ələ, qol- qola oturan o varlıqlardan ibarətdir. Qanadlarını açmış qara bir quş isə sol tərəfdən baş boyunca uzanır. Quşun tam dimdik yerində həqiqi bir dimdik və yalnız bir göz var. Bəs soldakı qrup? Üçü o qəribə varlıqlardan, bir də Jules Breton rəsmlərində çıxmış bir kəndli ailəsi.. Bu Dalinin surrealizmidir!

Salvador Dali- "Portrait of my Dead Brother" ("Ölü qardaşımın portreti")(1963)  The Salvador Dali Museum, Florida, ABŞ

Salvador Dali- “Portrait of my Dead Brother” (“Ölü qardaşımın portreti”)(1963)
The Salvador Dali Museum, Florida, ABŞ


Bir şərh yazın

“Sənətin siyasət və faşizmlə mübarizəsinin simvolu – Guernika “

İkinci Dünya müharibəsindən qısa bir müddət öncə İspaniyada Hakimiyyəti ələ keçirən diktator Franko ölkəni vətəndaş müharibəsinin cənginə atmışdı. İspaniyanın şimalında Baskların bölgəsində isə bu müharibə daha qanlı şəkildə özünü göstərirdi.
1937 ci il Aprelin 26 da Bask bölgəsində hər bazar ertələri qurulan qəsəbə bazarı qurulmuş və qəsəbə adi günlərindən birini yaşayırdı. Günortaya doğru qəsəbə bazarında artıq minlərlə insan toplaşmışdı. Və bir anda Santa Mariya kilsəsinin zənglərinin durmadan çalması ilə havada onlarla iri bombardman təyyarələrinin görünməsi bir oldu.
Qətliamdan öncə Frankonun Adolf Hitler və Benito Mussolini ilə danışıqlarına əsasən Alman Condor Legionuna məxsus Alman Luftvaffeləri ve İtalyan Faşist Aviazone Legionaria məxsus Fiat bombardıman təyyarələri dinc və silahsız xalqın üzərinə yüzlərlə bomba yağdırdılar. Üç saat davam edən qətliamda minlərlə insan həlak olur. Bombardmandan sonra Guernika tam 3 gün yanmış, qəsəbənin 70 % i dağılmış, əhalisinin 40 % dən artığı həlak olmuşdu (1600).
Avropanı bürüyən Faşizm təhlükəsindən yaxa qurtaran sənətçilər Parisə üz tuturdular. Onlardan biri də Pikasso idi. Parisdə qətliam xəbərlərini eşidən Pikasso üçün bu yeni bir tablonun idealarını yaradır. Yaranan yeni əsər Sülhün və Müharibələrə qarşı protestonun bir simvoluna çevrilir.
Qətliamdan yalnız 62 il sonra 1999 cu ildə Almaniya hökuməti rəsmi olaraq qətliamda iştiraklarını qəbul edir və beynəlxalq ictimaiyyət qarşısında üzür istəyir.
“Guernika” tablosu yağlı boya olmasına baxmayaraq yalnız ağ və qara rənglərdən istifadə edilmişdir.

Picasso_Guernica
– Qara rəng- Pikasso üçün ölüm rəngi idi.
– Tablonun yuxarı hissəsində təsvir edilən insan gözü fonundakı işıq saçan lampa hadisələrin dünya mediasının gözləri önündə baş verməsinə işarədir. 
– Əlində sınmış qılıncla yatan döyüşçü qəhramanca müdafiəni xarakterizə edir.
– Can verən at isə əslində insanlığın və sülhün həmin ərəfədə can verməsinə işarə idi.
– Qucağında ölmüş körpəsinə ağlayan ana isə Məryəmin təsviridir və körpə isə İsadır.
– Yanğınlar işərisində əllərini göyə açan insanlar isə çarəsizcə fəryad edən insanların təsviridir.
– Əlində çıraq daşıyan fiqur ümidi simvolizə edir.
– Qızğın buğa təsviri o dövrdə geniş yayılan irqçilik və millətçiliyin İspan təzahürüdür.
– Qəzet və kağız parçaları dünyanın və insanlığın hadisələrə laqeyid qalmayacağına ümidin göstəricisidir.
İkinci Dünya müharibəsindən sonra əsərin getdikcə şöhrətlənməsi və bir çox dünya muzeylərində sərgilənməsinə baxmayaraq İspaniya höküməti tərəfindən qadağan edilmişdi. 1973 cü ildə Pikasso vəfat edərkən “Guernika” bir dəfə də olsun İspaniyada sərgilənməmişdi. Pikassodan iki il sonra diktator Franko da öldü. Rəssam sağlığında əsəri İspaniyaya hədiyyə etdiyindən Frankonun ölümü ilə də qadağa aradan götürüldü və yalnız Pikassonun doğumunun 100 illiyində- 25 Oktyabr 1981 ci ildə “Guernika” əsəri Madridə gətirildi.

Tərcümə : Ramil Letifoglu


Bir şərh yazın

Salvador Dali- “Atomik Leda”

Salvador Dali- Atomik Leda – Leda Atomica

Image

 

Dalinin Hirosimaya atılan atom bombasından sonra sənətində və sənətə olan münasibətində dəyişikliklər olmuşdur. Dali rəsmlərinin müsair dövrün təsdiqlədiyi yeni qaydaları ehtiva etməsinin lazımlılığı, yalnız bu yolla aktuallığını qoruya biləcəyi kimi bir fikrə qapılır. Rəsmdəki qadını yəgin ki, tanıdınız, Dalinin yeganə sevgilisi Qaladır, rəsmə adının verildiyi Leda xarakteri olaraq poza vermişdir.

Image

Ledadan mifologiyada Sparta ilahəsi olaraq bəhs olunur. Zevs isə Ledanın heyranıdır. Leda başqa biriylə evləndiyi gecə Zevs qu quşu formasında Ledanın otağına gizlincə daxil olub onunla bir yerdə olur. Və təbii ki heç bir şeydən xəbəri olmayan əri də. Əfsanəyə görə, bu iki birləşmədən iki əkiz yumurta əmələ gəlir, Zevsin genlərindən gələn uşaqlar- hər əkizdən biri ölümsüz olaraq doğulur: Pollux və Helen. Rəsmdəki qu quşu və yumurtalar bu hadisəyə bir işarədir. Diqqətlə fikir versək, rəsmdəki elementlər beşbucaqlıya tam yerləşir. Və rəsmin ən önəmli özəlliyi- heç nə bir- birinə toxunmur. Məhz bu, Dalinin atom fizikasına vurduğu eyham və bu mövzunun sənətinə mövzu olmasıdır. Dali etdiyi açıqlamada da xüsusilə qeyd edir: “Qu quşu Ledaya toxunmur, Leda pedestala (oturacağa) toxunmur, pedestal zəminə toxunmur, zəmin dənizə toxunmur… ” Daliyə bu fikri verən atom fizikası, “nothing touches” teoriyasıdır, yəni, heç bir şey bir- birinə toxunmur. Mənası isə budur ki, cismlərin bir- birinə toxunurmuş kimi görünməyinə baxmayaraq, əslində atomları bir- birinə toxunmur, atomları bir- birinə toxunmayan da toxunmuş sayılmaz. İki fərqli cismin atomlarında olan protonlar arasındakı məsafə, proporsiyasına nəzər yetirsək, dünyanın günəşə olan uzaqlığından daha çoxdur.