"Dünya Rəssamlığı" incəsənət klubunun rəsmi blogu

İncəsənət bizim – bir neçə gəncin ideallarını birləşdirən ümdə dəyərdir. Öyrənib bildiklərimizi, eşidib gördüklərimizi, təcrübədən keçirdiklərimizi və ən nəhayət, ilham aldıqlarımızı sizinlə bölüşmək üçün burdayıq.


Bir şərh yazın

Salvador Dali- “Atomik Leda”

Salvador Dali- Atomik Leda – Leda Atomica

Image

 

Dalinin Hirosimaya atılan atom bombasından sonra sənətində və sənətə olan münasibətində dəyişikliklər olmuşdur. Dali rəsmlərinin müsair dövrün təsdiqlədiyi yeni qaydaları ehtiva etməsinin lazımlılığı, yalnız bu yolla aktuallığını qoruya biləcəyi kimi bir fikrə qapılır. Rəsmdəki qadını yəgin ki, tanıdınız, Dalinin yeganə sevgilisi Qaladır, rəsmə adının verildiyi Leda xarakteri olaraq poza vermişdir.

Image

Ledadan mifologiyada Sparta ilahəsi olaraq bəhs olunur. Zevs isə Ledanın heyranıdır. Leda başqa biriylə evləndiyi gecə Zevs qu quşu formasında Ledanın otağına gizlincə daxil olub onunla bir yerdə olur. Və təbii ki heç bir şeydən xəbəri olmayan əri də. Əfsanəyə görə, bu iki birləşmədən iki əkiz yumurta əmələ gəlir, Zevsin genlərindən gələn uşaqlar- hər əkizdən biri ölümsüz olaraq doğulur: Pollux və Helen. Rəsmdəki qu quşu və yumurtalar bu hadisəyə bir işarədir. Diqqətlə fikir versək, rəsmdəki elementlər beşbucaqlıya tam yerləşir. Və rəsmin ən önəmli özəlliyi- heç nə bir- birinə toxunmur. Məhz bu, Dalinin atom fizikasına vurduğu eyham və bu mövzunun sənətinə mövzu olmasıdır. Dali etdiyi açıqlamada da xüsusilə qeyd edir: “Qu quşu Ledaya toxunmur, Leda pedestala (oturacağa) toxunmur, pedestal zəminə toxunmur, zəmin dənizə toxunmur… ” Daliyə bu fikri verən atom fizikası, “nothing touches” teoriyasıdır, yəni, heç bir şey bir- birinə toxunmur. Mənası isə budur ki, cismlərin bir- birinə toxunurmuş kimi görünməyinə baxmayaraq, əslində atomları bir- birinə toxunmur, atomları bir- birinə toxunmayan da toxunmuş sayılmaz. İki fərqli cismin atomlarında olan protonlar arasındakı məsafə, proporsiyasına nəzər yetirsək, dünyanın günəşə olan uzaqlığından daha çoxdur.