"Dünya Rəssamlığı" incəsənət klubunun rəsmi blogu

İncəsənət bizim – bir neçə gəncin ideallarını birləşdirən ümdə dəyərdir. Öyrənib bildiklərimizi, eşidib gördüklərimizi, təcrübədən keçirdiklərimizi və ən nəhayət, ilham aldıqlarımızı sizinlə bölüşmək üçün burdayıq.


Bir şərh yazın

“Narsisın metamarfozu” – Salvador Dali

1982009_675945345798626_247715862_n

Çay allahı Kefis və nimfa Lavrionanın gözəl,amma soyuq və qürülu oğulları olan Narçiss bir gün əməllərinin nəticəsi olaraq məhəbbət ilahəsi Afroditanin qəzəbinə tuş gəlir.
Bir gün sıx meşəlikdə ova çıxan Narçissi nimfa Exo (əks-səda) görür və ona vurulur.Meşədə azan Narçiss həyəcanla qışqırır,Exo isə onun sonuncu sözlərini tekrar edirdi.Sonda Narçiss ucadan qışqırdı:
-Gəl bura,mənim yanima!
Bunu eşidən Exo sevincək cavab verdi:
-Mənim yanıma!-deyərək nimfa meşədən çıxıb əllərini Narçissə uzatdı.Bunu görən Narçiss qəzəblə ondan qaçaraq uzaqlaşdı.Yazıq nimfa isə Narçissin dərdindən hər gun ağlayırdı.
Narsiss isə əvvəlki kimi qürurlu və özündənrazı olaraq qalırdı və beləliklə bir çox nimfaların sevgisini rədd edərək,onları bədbəxt edirdi.
-Sən də sev Narsiss!Qoy sənin də sevgin cavabsız qalsın!
Nimfaların arzuları çin oldu.Afroditanın ona göndərdiyi sevgi paylarını dəyərləndirməyən Narsiss Afrodita tərəfindən cəzalandırıldı.
Bir gün yene de ova çıxan Narsiss,su içmək üçün kiçik bir çaya yaxınlaşır.Bu çaya hələ heç kim və heç nə toxunmamışdı.Su çox təmiz və şəffaf idi.Her yer bu çayda güzgü kimi öz əksini tapırdı.Çaya yaxınlaşan Narsiss bütövlükdə öz gözəlliyi ilə çayda əks olundu.O təəcüblə sudakı əksinə baxır və birdən bədənini güclü məhəbbət bürüyür.Sevgi dolu gözlərlə sudakı əksinə baxır,onu çağırır,ona əllərini uzadır.Əyilib suda olan varlığı öpmək istəyir,amma suyu öpürmüş kimi gəlirmiş ona.Narçiss hər şeyi unudur.Çayın kənarından heç yana getmir.Yemir,içmir,yatmır.Elə hey deyir “çıx çaydan qovuşaq.Axı bizi sudan savayi kim ayırır ki?
Fikrə gedən Narçiss birdən dəhşət içində haykırdı.
-Ay Allah!Mən qorxuram,görəsən mən özüm özümü sevməmişəm ki?Hiss edirəm ki artıq çox yaşamayacağam.Mən ölümdən qorxmuram,ölüm mənim əzablarıma son qoyacaq.
Gücü Narsissi tərk edir,o ağarır və ölmün yaxınlaşdığını hiss edir.Amma yenə də öz əksindən əl çəkə bilmir.Narçiss ağlayır,göz yaşları çaya düşdükcə əksi itməyə başlayır.O yenə də qorxu içində qışqırır;
-Ey hardasan? Qayıt! Mənimlə qal!Məni tərk etmə!Axı bu qəddarlıqdı!Qoy heç olmasa sənə baxım!
Göz yaşları dayanır.Əks yenə görünür.Narçissin necə əridiyini görən nimfa Exo da əzab çəkir.Nəhayət,zəif bir səslə öz əksinə baxan Narçiss dedi;
-Əlvida!
Bir az da zəif bir səslə nimfa Exo son sözü təkrarladı;
-Əlvida!
Narsissin başı sahildəki otluğa düşür,ölüm onun üzünü örtür.Narçiss ölür.Hamı,bütün nimfalar,nimfa Exo da ağlayır.Nimfalar gənc Narsissə qəbr hazırlayırlar.Amma cəsədin dalınca gələndə,onu yerində tapa bilmədilər.Onun başının düşdüyü yerdə,ağ gül bitmişdi.Bu ölüm gülü idi-Nərgiz-onun adı Nərgiz gülü idi.