"Dünya Rəssamlığı" incəsənət klubunun rəsmi blogu

İncəsənət bizim – bir neçə gəncin ideallarını birləşdirən ümdə dəyərdir. Öyrənib bildiklərimizi, eşidib gördüklərimizi, təcrübədən keçirdiklərimizi və ən nəhayət, ilham aldıqlarımızı sizinlə bölüşmək üçün burdayıq.


Bir şərh yazın

Pikasso haqqında 10 fakt

319703_337710919622072_401314270_n

1. Pikassonun tam adı 23 sözdür.
Picasso’nun tam adı: Pablo Diego José Francisco de Paula Juan Nepomuceno Maria de los Remedios Cipriano de la Santisima Trinidad Martyr Particio Clito Ruiz y Picasso. Müxtəlif yaxın adamlar və qohumları ona bir çox ad vermişdir. Picasso adı isə anası Maria Picasso Lopezdən qaynaqlanır. Atasının adı isə Jose Ruiz Blascodur.

——————————————————————————————————————————————-

154494_337710942955403_2077443111_n

2. Doğularkən onun ölü doğulduğunu sanıblar.
Picassonun doğumu olduqca ağır olmuşdur və çox zəif bir uşaq olmuşdur. Onun ölü doğulduğunu düşünən həkim, onu masanın üzərin qoyaraq anası ilə maraqlanmağa başlamışdır. O zamanlarda bir çox həkimlərin siqaret çəkdiyini söyləyən Pikasso, stolun üstündə uzanarkən həkim olan dayısı Don Slavadorun çəkdiyi siqaretin tüstüsünü Pikassonun üzünə üfləməsi ilə o, qəflətən bağıraraq və ağlayaraq reaksiya vermişdir. Beləliklə, Don Salvador, Pikassonun həyatını xilas etmişdir.

———————————————————————————————————————————————

75541_337713149621849_223373978_n

3. Pikassonun ilk soylədiyi söz: Qələm
Pikasson sözün əsl mənasında rəssam olmaq üçün doğulmuşdur: ilk dediyi ispan dilində “qələm” mənasını bildirən “lápiz”in qısaldılmış “piz” versiyası olub. Rəssam və professor olan atası Ruiz, 7 yaşından etibarən rəsm istiqamətində dərs vermişdir. Ruiz Pablonun özündən daha üstün olduğunun görəndən sonra rəsm çəkməkdən imtina etmişdir.

————————————————————————————————————————————————

579750_337710149622149_226477888_n

4. Pablonun ilk rəsmi
Hələ 9 yaşında ikən Picasso ilk rəsmini tamamlayıb: “Le picador” – “Öküz güləşində at sürən adam”. Ilk akademik işi “First Communion”da isə atası, anası və kiçik qardaşının kilsə mehrabı önündə diz çökməyini təsvir etmişdir. Pikasso bu işi bitirərkən 15 yaşı var imiş.

———————————————————————————————————————————————–

542079_337717109621453_333910482_n

5. Pikasso dəhşətli bir şagird imiş.
Pikasso məktəb illərində özündən 5- 6 yaş böyük olanlardan belə irəlidə imiş, lakin nəyisə etməli olduğunu söyləniləndə verdiyi reaksiyalara görə tez- tez cəza alırmış. Pikasso sonralar verdiyi müsahibələrdə pis bir şagird olduğunu və tez- tez zirzəmiyə göndərildiyini deyib. Ağ divarları olan boş bir otaqda sadəcə bir oturacağın olduğunu deyən Pikasso orda vaxt keçirməyi sevdiyini, hətta sonsuza qədər orada qala biləcəyini, çünki orada fasiləsiz qara qələmlə işləyə bildiyini söyləmişdir.

——————————————————————————————————————————————-

575336_337717589621405_1504060758_n

6. Picasso’nun İlk İşi
Pikasso ilk müqaviləsini ona ayda 150 frank ödəməyi qəbul edən Pere Menach adında sənət dəllalı ilə Parisdə bağlamışdır.

——————————————————————————————————————————————-

558632_337720869621077_1955515550_n

7. Pikasso Mona Lisa’nı Oğurladımı?
Əslində, xeyr, amma 1911- ci ildə Mona Liza Luvrdan oğurlandığı zaman polis Pikassonun şair dostu Guillaume Apollinaire’ı tutur, amma Apollinaire günahkar kimi Pikassonu göstərmişdir. Nəticədə polis Pikassonu nəzarətə götürmüşdür. Hər ikisi də sonra buraxılmışdır.

———————————————————————————————————————————————-

558520_337710116288819_463108765_n

8. Kübizm: Milyonlarla Kiçik Kub
1909- cu ildə Pikasso və fransız rəssamı Georges Braque kubiz olaraq bilinən bir cərəyan yaratdılar. Əslində “bizarre cubiques”, ya da kubizm sözü ilk olaraq Fransız rəsm tənqidçisi Louis Vauxcelles tərəfindən Pikasso və Braque.un rəsmlərini adlandırmaq üçün istifadə olunmuşdur.

———————————————————————————————————————————————

383550_337724709620693_88683893_n

 

9. Picasso Bir Playboy idi
Məşhur bir rəssam olmaq, əlbəttə ki, Pikassoya bir çox qız dost qazandırdı, həm də olduqca çox.. beləliklə, Pikassonun məlum arvadları və sevgililərinin qısa siyahısı:
– Fernande Oliver (Picasso’nun ilk sevgisi, Oliver 18 yaşında ikən Pikasso 23 yaşında idi.)
– Marcelle Humbert AKA Eva Gouel (Gouel 27 yaşında ikən Pikasso 31 yaşında idi.)
– Gaby Lespinasse (Gaby’nin yaşı məlum deyil, lakin olduqca gənc idi, Picasso 34 yaşında idi.)
– Olga Khokhlova (Picasso’nun ilk arvadı; Khokhlova 26 yaşında idi, Pikasso isə ilk dəfə tanış olanda 36 yaşında idi.)
– Marie-Thérése Walter (Walter 21 yaşında ikən Pikasso 55 yaşında idi)
– Dora Maar (Maar 29 yaşında ikən Pikasso 61 yaşında idi)
– Françoise Laporte (Picasso’nun son sevgilərindən. Laporte təxminən 20 yaşlarında idi ve Pikassonun Fransız modellərindən biri idi; münasibətləri başlayanda Pikassonun 70 yaşı var idi.)
– Jacqueline Roque (Picasso’nun ikinci arvadı. Roque 27 yaşında ikən Pikasso79 yaşında idi.)

——————————————————————————————————————————————–

34705_337710966288734_1743876207_n

 

10. Pikassonun Maşını
Etiraf edək ki, həqiqətdə bu maşın Pikassonun maşını olmamışdır. Dorset İngiltərə’də yaşayan 44 yaşında təcrübəli bir usta olan Andy Saunders, köhnə Citroen 2CV markalı maşının Pablo Pikassodan təsirlənərək kubist bir işə çevirmək üçün 6 ay vaxt sərf edib. Saunders maşınına “Picasso’nun Citroen’i” adını vermişdir. Citroen hələ də Picasso adı ilə maşın istehsal edir. Pikassodan təsirlənərək dizayn edilmiş bu nəqliyyat vasitələri dünyanın bir çox yerində satılmaqdadır və istifadə olunur.

 

 

Tərcümə edən: Könül Təhməzova


Bir şərh yazın

“Sənətin siyasət və faşizmlə mübarizəsinin simvolu – Guernika “

İkinci Dünya müharibəsindən qısa bir müddət öncə İspaniyada Hakimiyyəti ələ keçirən diktator Franko ölkəni vətəndaş müharibəsinin cənginə atmışdı. İspaniyanın şimalında Baskların bölgəsində isə bu müharibə daha qanlı şəkildə özünü göstərirdi.
1937 ci il Aprelin 26 da Bask bölgəsində hər bazar ertələri qurulan qəsəbə bazarı qurulmuş və qəsəbə adi günlərindən birini yaşayırdı. Günortaya doğru qəsəbə bazarında artıq minlərlə insan toplaşmışdı. Və bir anda Santa Mariya kilsəsinin zənglərinin durmadan çalması ilə havada onlarla iri bombardman təyyarələrinin görünməsi bir oldu.
Qətliamdan öncə Frankonun Adolf Hitler və Benito Mussolini ilə danışıqlarına əsasən Alman Condor Legionuna məxsus Alman Luftvaffeləri ve İtalyan Faşist Aviazone Legionaria məxsus Fiat bombardıman təyyarələri dinc və silahsız xalqın üzərinə yüzlərlə bomba yağdırdılar. Üç saat davam edən qətliamda minlərlə insan həlak olur. Bombardmandan sonra Guernika tam 3 gün yanmış, qəsəbənin 70 % i dağılmış, əhalisinin 40 % dən artığı həlak olmuşdu (1600).
Avropanı bürüyən Faşizm təhlükəsindən yaxa qurtaran sənətçilər Parisə üz tuturdular. Onlardan biri də Pikasso idi. Parisdə qətliam xəbərlərini eşidən Pikasso üçün bu yeni bir tablonun idealarını yaradır. Yaranan yeni əsər Sülhün və Müharibələrə qarşı protestonun bir simvoluna çevrilir.
Qətliamdan yalnız 62 il sonra 1999 cu ildə Almaniya hökuməti rəsmi olaraq qətliamda iştiraklarını qəbul edir və beynəlxalq ictimaiyyət qarşısında üzür istəyir.
“Guernika” tablosu yağlı boya olmasına baxmayaraq yalnız ağ və qara rənglərdən istifadə edilmişdir.

Picasso_Guernica
– Qara rəng- Pikasso üçün ölüm rəngi idi.
– Tablonun yuxarı hissəsində təsvir edilən insan gözü fonundakı işıq saçan lampa hadisələrin dünya mediasının gözləri önündə baş verməsinə işarədir. 
– Əlində sınmış qılıncla yatan döyüşçü qəhramanca müdafiəni xarakterizə edir.
– Can verən at isə əslində insanlığın və sülhün həmin ərəfədə can verməsinə işarə idi.
– Qucağında ölmüş körpəsinə ağlayan ana isə Məryəmin təsviridir və körpə isə İsadır.
– Yanğınlar işərisində əllərini göyə açan insanlar isə çarəsizcə fəryad edən insanların təsviridir.
– Əlində çıraq daşıyan fiqur ümidi simvolizə edir.
– Qızğın buğa təsviri o dövrdə geniş yayılan irqçilik və millətçiliyin İspan təzahürüdür.
– Qəzet və kağız parçaları dünyanın və insanlığın hadisələrə laqeyid qalmayacağına ümidin göstəricisidir.
İkinci Dünya müharibəsindən sonra əsərin getdikcə şöhrətlənməsi və bir çox dünya muzeylərində sərgilənməsinə baxmayaraq İspaniya höküməti tərəfindən qadağan edilmişdi. 1973 cü ildə Pikasso vəfat edərkən “Guernika” bir dəfə də olsun İspaniyada sərgilənməmişdi. Pikassodan iki il sonra diktator Franko da öldü. Rəssam sağlığında əsəri İspaniyaya hədiyyə etdiyindən Frankonun ölümü ilə də qadağa aradan götürüldü və yalnız Pikassonun doğumunun 100 illiyində- 25 Oktyabr 1981 ci ildə “Guernika” əsəri Madridə gətirildi.

Tərcümə : Ramil Letifoglu