"Dünya Rəssamlığı" incəsənət klubunun rəsmi blogu

İncəsənət bizim – bir neçə gəncin ideallarını birləşdirən ümdə dəyərdir. Öyrənib bildiklərimizi, eşidib gördüklərimizi, təcrübədən keçirdiklərimizi və ən nəhayət, ilham aldıqlarımızı sizinlə bölüşmək üçün burdayıq.

Teatr-dekorasiya sənəti

Bir şərh yazın

Bu sənət növü bilavasitə teatrla bağlıdır. Başlıca vəzifəsi səhnəyə qoyulan tamaşanın təsirli alınmasında vasitəçi olmaqdır. Etiraf edək ki, bu prosesdə səhnəyə çıxarılan müxtəlif əşyalardan və aktyorların geyindiyi əlbəsələrdən heç də az əhəmiyyət kəsb etməyəni rəssam tərəfindən yaradılan dekorasiyadır. Bu gün rejissorun əsərə verdiyi səhnə şərhini onu tamamlayan bədii tərtibatsız təsəvvür etmək sadəcə mümkünsüzdür. Belə tərtibat vasitəsilə görə bilmədiyimiz tarixi məkanlar göz önünə gətirlir, aktyorların həmin dövrə müvafiq geyimlərdə hadisələri canlandırması isə çox inandırıcı bir səhnənin yaranmasına səbəb olur. Bütün sənət növləri kimi teat-dekorasiya sənəti də qədim tarixə malik olub, uzun bir inkişaf yolu keçmişdir.Azərbaycanda da onun inkişaf prosesi professional teatrın yaranması ilə baş tutmuşdur. B.Kəngərli, Ə.Əzimzadə, R.Mustafayev, İ.Seyifova, B.Əfqanlı, İ.Axundov, N.Fətullayev, S.Şərifzadə, Ə.Fətəliyev, M.Abdullayev, T.Salahov, T.Nərimanbəyov, B.Mirzəzadə, N.Bəykişiyev, E.Məmmədov, E.Aslanov, İ.Məmmədov, N.Səmədova, M.Əliyev və b. Bu sahədə yaddaqalan tərtibat nümunələri yaratmışlar.

149300_359135014146329_277480060_n 555336_359127980813699_1213269350_n 555336_359127984147032_544575324_n 555336_359127987480365_1829062095_n

  1. Nazim Bəykişiyev. “Qatil” (Elçin) tamaşasının dekorasiya eskizi.
    2004. Şəxsi kolleksiya.
  2. Azər Nemət Paşa. “Təmas”
    R.İbrahimbəyovun tamaşasına çəkilmiş dekorasiya eskizi.
    2000-ci illər. Şəxsi kolleksiya.
  3. Tahir Salahov. “Koroğlu” (Ü.Hacıbəyli) operasının dekorasiyası.
    1970-ci illər. Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr muzeyi.
  4. İsmayıl Axundov. “Şeyx Sənan”ın (H.Cavid) səhnə tərtibatından.
    1950-ci illər. Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr muzeyi.

Müəllif: Dünya Rəssamlığı

Məqsədimiz: Məşhur rəsm əsərləri, rəsmlərin tarixi və ikonoqrafik təhlili, rəssamların həyat və yaradıcılığı haqqında məlumatları sizlərlə bölüşmək. Bizi facebook və youtube şəbəkələrində izləyin. Facebook ünvanımız: https://www.facebook.com/dunya.ressamligi Youtube: @Dünya Rəssamlığı

Bir şərh yazın