"Dünya Rəssamlığı" incəsənət klubunun rəsmi blogu

İncəsənət bizim – bir neçə gəncin ideallarını birləşdirən ümdə dəyərdir. Öyrənib bildiklərimizi, eşidib gördüklərimizi, təcrübədən keçirdiklərimizi və ən nəhayət, ilham aldıqlarımızı sizinlə bölüşmək üçün burdayıq.

İllüstrasiya – Təsviri sənətin bir növü kimi

Bir şərh yazın

Latın dilində tərcüməsi “işıqlandırma, əyani təsvir” olan illustrasiya sözü bilavasiə hər hansı mətni müşayiət edən təsvirə (rəsm, qravura, fotoşəkil və s.) deyilir. İlk olaraq, əlyazmalarında “miniatür” adı ilə tnaınan illustrasiyalar, sonralar kitabları, qəzet və jurnalları bəzəməklə bugünümüzə gəlib çatmışdır. Qrafikanın müxtəlif texnikalarında işlənilən illüstrasiyalar həm məşhur dünya rəssamlarının (A.Dürer, S.Boticelli, P.Rubens, O.Domye, P.Pikasso, V.Favorski, A.Matiss və b.) həm də Azərbaycan sənətkarlarının (Sultan Məhəmməd, Sadiq bəy Əfşar, M.M.Nəvvab, Ə.Əzimzadə, Ə.Muğanlı, İ.Axundov, K.Kazımzadə, M.Abdullayev, o,Sadıqzadə, E.Aslanov, A.Hacıyev, A.Hüseynov) yaradıcılığında geniş yer tutmuşdur. Onların əsərləri ilə bəzədilmiş nəşrlər əsl kitab mədəniyyəti nümunələridir.

“Hophopnamə”yə (M.Ə.Sabir) çəkilmiş illustrasiya. Arif Huseynov.1980. Şəxsi kolleksiya.

“Hophopnamə”yə (M.Ə.Sabir) çəkilmiş illustrasiya.
Arif Huseynov.1980. Şəxsi kolleksiya.

“Azərbaycan nağıllarına” çəkilmiş illüstrasiya. Nüsrət Hacıyev. 2002. Şəxsi kolleksiya.

“Azərbaycan nağıllarına” çəkilmiş illüstrasiya.
Nüsrət Hacıyev. 2002. Şəxsi kolleksiya.

“Mirzə Şəfi Vazehə ithaf” .2004. Rafiq Mehdiyev. Şəxsi kolleksiya

“Mirzə Şəfi Vazehə ithaf” .2004.
Rafiq Mehdiyev. Şəxsi kolleksiya

“Danabaş kəndinin əhvalatlarına” (C.Məmmədquluzadə) çəkilmiş illüstrasiya.  Oqtay Sadıqzadə. 1959. Azərbaycan dövlət İncəsənət muzeyi.

“Danabaş kəndinin əhvalatlarına” (C.Məmmədquluzadə) çəkilmiş illüstrasiya.
Oqtay Sadıqzadə. 1959.
Azərbaycan dövlət İncəsənət muzeyi.

 

Müəllif: Dünya Rəssamlığı

Məqsədimiz: Məşhur rəsm əsərləri, rəsmlərin tarixi və ikonoqrafik təhlili, rəssamların həyat və yaradıcılığı haqqında məlumatları sizlərlə bölüşmək. Bizi facebook və youtube şəbəkələrində izləyin. Facebook ünvanımız: https://www.facebook.com/dunya.ressamligi Youtube: @Dünya Rəssamlığı

Bir şərh yazın