"Dünya Rəssamlığı" incəsənət klubunun rəsmi blogu

İncəsənət bizim – bir neçə gəncin ideallarını birləşdirən ümdə dəyərdir. Öyrənib bildiklərimizi, eşidib gördüklərimizi, təcrübədən keçirdiklərimizi və ən nəhayət, ilham aldıqlarımızı sizinlə bölüşmək üçün burdayıq.

Bharti Kher “Qəbahət”(2006)

Bir şərh yazın

Bharti Kher “Qəbahət” (2006); pleksiqlas, xəz.
63695_460718080654688_1587651303_n
B. Kher (1969) – müasir hind rəssamı və heykəltəraş, digər məhşur hindistanlı rəssam Subodh Guptanın həyat yoldaşı.
Bu əsərdə bir kaftarın üzərinə başqa bir heyvanın (bəlkə də bir otyeyən heyvanın) xəzi sərilib. Təbii ki, bununla kaftarın nə xasiyyətini, nə davranışını dəyişmək olar. Bu bir növ qurda qoyun dərisi geyindirmək kimi bir şeydir. Lakin insanlar xoşu gəlmədiyi və ya qəbul edə bilmədiyi şeylərin adını və ya görünüşünü dəyişməklə onun mahiyyətini də dəyişdiyini düşünür, bununla isə yalnız özü-özünü aldatmaqla məşğuldular. Rəssam yada salır ki, bu böyük qəbahətdir. Kaftar elə kaftar olaraq qalır, istəyirsən lap aslan xəzi geyindir…

Müəllif: Dünya Rəssamlığı

Məqsədimiz: Məşhur rəsm əsərləri, rəsmlərin tarixi və ikonoqrafik təhlili, rəssamların həyat və yaradıcılığı haqqında məlumatları sizlərlə bölüşmək. Bizi facebook və youtube şəbəkələrində izləyin. Facebook ünvanımız: https://www.facebook.com/dunya.ressamligi Youtube: @Dünya Rəssamlığı

Bir şərh yazın