"Dünya Rəssamlığı" incəsənət klubunun rəsmi blogu

İncəsənət bizim – bir neçə gəncin ideallarını birləşdirən ümdə dəyərdir. Öyrənib bildiklərimizi, eşidib gördüklərimizi, təcrübədən keçirdiklərimizi və ən nəhayət, ilham aldıqlarımızı sizinlə bölüşmək üçün burdayıq.

Sənətin böyük Ağası – xalq rəssamı Böyükağa Mirzəzadə.

Bir şərh yazın

Böyükağa Məşədi oğlu Mirzəzadə 1921-ci il fevralın 21-də Bakıda anadan olmuşdur.

Rəssam_ömrünün_palitrası_(film,_2006) (1)

O, böyük Azərbaycan rəssamı Əzim Əzimzadənin rəhbərliyi ilə boyakarlıq sənətinin əsaslarını mənimsəyərək, 1939-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirmişdir. 1940-cı ildə Moskva Rəssamlıq İnstitutuna daxil olan, lakin 1941-1945-ci illər müharibəsinin başlanması səbəbindən təhsilini davam etdirə bilməyən Böyükağa Mirzəzadə sonralar Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır.

boyukaga-mirzezade
Əmək fəaliyyətinə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunun müəllimi kimi başlayan Böyükağa Mirzəzadə digər görkəmli sənətkarlarımızla birlikdə Azərbaycan rəssamlıq məktəbinin müasir tələblər səviyyəsində qurulmasında və müvafiq təhsil prosesinin təşkil olunmasında yaxından iştirak etmişdir. Ömrünün son günlərinədək pedaqoji fəaliyyətlə məşğul olan Böyükağa Mirzəzadə Azərbaycan Dövlət İncəsənət İnstitutunda kafedra müdiri və Azərbaycan Rəssamlıq Akademiyasının professoru, yaradıcılıq emalatxanasının rəhbəri vəzifələrində çalışmışdır. Rəssamın yetirmələrinin əsərləri ölkədə və onun hüdudlarından kənarda geniş şöhrət qazanmışdır.

1689864_662318740494620_756717852_n
Gənc yaşlarından yaradıcılıqla məşğul olan Böyükağa Mirzəzadə az bir vaxt ərzində Azərbaycan rəssamlıq sənətinin inkişafında özünəməxsus xidmətlərə malik mahir fırça ustası kimi tanınmışdır. Onun rəngkarlıq, qrafika, səhnəqrafiya rəssamlığı və digər janrlarda, müxtəlif mövzularda yaratdığı əsərlər qiymətli sənət nümunələri kimi rəssamlıq tariximizə həmişəlik daxil olmuşdur. Bu əsərlər Azərbaycan Dövlət İncəsənət Muzeyi və Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində, eləcə də digər muzeylərin daimi ekspozisiyalarında nümayiş etdirilir.

309966_156885417770146_1242197961_n                            548098_156885434436811_1790960677_n            528172_156885457770142_563376608_n
Azərbaycan torpağının füsunkar gözəllikləri və təbii sərvətləri, onun qəhrəman övladlarının şücaəti sənətkarın yaradıcılığının ilham mənbəyini təşkil etmişdir. Rəssamın yurdumuzun tarixi abidələrini əks etdirən tabloları nikbinlik və milli qürur hissi aşılayır.
Böyükağa Mirzəzadənin portret janrında ustalıqla yaratdığı boyakarlıq əsərlərində tarixi şəxsiyyətlərin və müasirlərinin daxili aləmi, xarakteri və mənəvi zənginlikləri bütün dolğunluğu ilə öz əksini tapmışdır. Azərbaycan incəsənət ustalarının silsilə portretləri rəssamın yaradıcılığında xüsusi yer tutur.
Böyükağa Mirzəzadə fırçasının məhsulu olan natürmort, tablo və lövhələr özünün yüksək emosional təsir qüvvəsi ilə seçilir, insanı doğma vətəni və onun təbiətini sevməyə çağırır. Bu əsərlər yüksək peşəkarlığı, təkrarolunmaz milli koloriti ilə səciyyələnərək, neçə-neçə nəslin estetik tərbiyəsində və zövqünün formalaşmasında böyük rol oynamışdır.

531326_156885527770135_1353137494_n      552340_156885514436803_1170029436_n  252597_156885501103471_696763279_n
Böyükağa Mirzəzadə teatr rəssamı kimi də səmərəli fəaliyyət göstərmişdir. Uzun illər ərzində Azərbaycan teatrında iyirmiyə yaxın tamaşaya səhnə tərtibatı vermiş görkəmli rəssamın müxtəlif sənətlərin sintezindən faydalanaraq yaratdığı dekorasiyalar mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
Azərbaycan incəsənətinin ölkəmizin sərhədlərindən uzaqlarda tanınmasında da Böyükağa Mirzəzadənin mühüm xidmətləri olmuşdur. Rəssamın əsərləri xarici ölkələrin sərgi salonlarında və rəsm qalereyalarında müvəffəqiyyətlə nümayiş etdirilmiş, sənətsevərlərin rəğbətini qazanmışdır.
Böyükağa Mirzəzadə uzun illər pedaqoji sahədə uğurla çalışmış və zəngin təcrübəsini, bilik və bacarığını gənc rəssamların hazırlanması işinə sərf edərək, milli rəssamlıq məktəbinin inkişafına layiqli töhfələr vermişdir.

563939_156885604436794_1538902528_n     425547_156885571103464_727960701_n    282719_156885557770132_1696863881_n
Böyükağa Mirzəzadənin yaradıcılığı hər zaman diqqət mərkəzində olmuş və yüksək qiymətləndirilmişdir. O, bir çox orden və medalla təltif edilmişdir. Rəssamın müstəqil respublikamızın ali mükafatına – “Şöhrət” ordeninə layiq görülməsi onun sənətinə və şəxsiyyətinə ehtiramın parlaq təzahürüdür.

Portret janrının ustalarından biri olan, Böyükağa Mirzəzadənin dəfələrlə fərdi sərgisi keçirilmişdir.
Milli rəssamlıq sənətimizin inkişafında xüsusi xidmətləri olan bu istedadlı sənətkarın əsərləri indi nəinki Azərbaycanın, eləcədə dünyanın məşhur muzeylərində qorunub saxlanılır.
2007-ci ildə Böyükağa Mirzəzadə 87 yaşında, vefat etmisdir.

 

Advertisements

Müəllif: Dünya Rəssamlığı

Məqsədimiz: Məşhur rəsm əsərləri, rəsmlərin tarixi və ikonoqrafik təhlili, rəssamların həyat və yaradıcılığı haqqında məlumatları sizlərlə bölüşmək. Bizi facebook və youtube şəbəkələrində izləyin. Facebook ünvanımız: https://www.facebook.com/dunya.ressamligi Youtube: @Dünya Rəssamlığı

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma