"Dünya Rəssamlığı" incəsənət klubunun rəsmi blogu

İncəsənət bizim – bir neçə gəncin ideallarını birləşdirən ümdə dəyərdir. Öyrənib bildiklərimizi, eşidib gördüklərimizi, təcrübədən keçirdiklərimizi və ən nəhayət, ilham aldıqlarımızı sizinlə bölüşmək üçün burdayıq.

Topçubaşova Reyhan İbrahim qızı (1905-1970)

Bir şərh yazın

539306_384308874962276_1980351586_nTəsviri sənətin rəngkarlıq və qrafika sahəsində fəaliyyət göstərmişdir. Keçmiş Tağıyev məktəbinin nəzdindəki seminariyada ilkin təhsil alan gələcək rəssam nədənsə əvvəlcə musiqiçi olmağa qərar vermişdir. Bir müddət Konservatoriyada təhsil alsa da, sonrada içindəki rəssam olmaq istedadını əyaniləşdirməyə, taleyini rənglər dünyası ilə bağlamağa qərar vemrişdir. O bu sahədə ixtisas təhsilini Azərbaycan Dövlət Rəssamlıq texnikomunda (1932-1935) almışdır. Milli təsvir sənətimizin inkişafındakı xidmətlərinə görə ona “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adı verilmişdir. Yaradıcılığını müxtəlif janrlarda çəkilmiş əsərlər təşkil edir. “öhnə Bakı küçəsi”, “Köhnə bazar”, “Toy” və “Yığıncaq”, “İlk təbliğatçı Mina xanım”, “İki sahil”, “Qoca zalım şahın hüzurunda” adlı sujetli tabloları, “Balerina Qəmər Almaszadənin portreti”, “M.Ə.Sabirin portreti”, “Avtoportret” və “Nizami Gəncəvi” kimi portretləri, eləcə də paytaxtın müxtəlif güşələrini və Abşeron təbiətini əks etdirən mənzərələri, eləcə də natürmotları Reyhan Topçubaşıvanın real –gerçəkçi ənənəyə tapınan sənətkarlığını duymağa imkan verən əsərlərdir. İkinci dünya savaşı zamanı təşviqat və təbliğat plakatları çəkən rəssam, həm də 1938 və 1959-cu illərdə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə, incəsənət üzrə Zaqafqaziya dekadasında (1944) iştirak edən Dövlət mahnı və rəqs ansablı, eyni zamanda Bakıda fəaliyyət göstərən digər rəqs kollektivləri (“Çinar” ansamblı”) üçün geyim eskizləri hazırlayıb. Reyhan xanım həm də Ə.Bədəlbəylininin 1950-ci ildə yazdığı “Tərlan” baletinin tərtibatçısı olmuşdur. Əsərləri müxtəlif Bakı muzeylərinin kolleksiyasında saxlanılır.

“İlk təbliğatçı Mina xanım” (1936) Azərbaycan Milli İncəsənət muzeyi

“İlk təbliğatçı Mina xanım” (1936)
Azərbaycan Milli İncəsənət muzeyi

“Rəqs geyiminin eskizi” (1959) S.Mumtaz adına Ədəbiyyat və İncəsənət arxivi

“Rəqs geyiminin eskizi” (1959)
S.Mumtaz adına Ədəbiyyat və İncəsənət arxivi

“Köhnə Bakı küçəsi” (1935) Azərbaycan Milli İncəsənət muzeyi

“Köhnə Bakı küçəsi” (1935)
Azərbaycan Milli İncəsənət muzeyi

“Toy” – (1936) Azərbaycan Milli İncəsənət muzeyi

“Toy” – (1936)
Azərbaycan Milli İncəsənət muzeyi

 
Advertisements

Müəllif: Dünya Rəssamlığı

Məqsədimiz: Məşhur rəsm əsərləri, rəsmlərin tarixi və ikonoqrafik təhlili, rəssamların həyat və yaradıcılığı haqqında məlumatları sizlərlə bölüşmək. Bizi facebook və youtube şəbəkələrində izləyin. Facebook ünvanımız: https://www.facebook.com/dunya.ressamligi Youtube: @Dünya Rəssamlığı

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma